Xəbər lentiwidget-title-icon

Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Məleykə Abbaszadə ilə bağlı iddialara RƏSMİ CAVAB - DİM-dən GEDİR?
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
Sentyabrda buraxılış imtahanı olacaq

Kolleclərə və boş qalan yerlərə ixtisas seçimi BAŞLAYIR

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb.

Bu barədə Tehsilmedia.com-a DİM-dən məlumat verilib.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları //www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu, ixtisas qrupları üzrə müsabiqə şərtləri, elektron ərizənin doldurulma qaydası və s. zəruri məlumatlarla qəbul elanının tam mətnində tanış ola bilərsiniz.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dən sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 7-ci sayından seçə bilərlər.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər