Xəbər lentiwidget-title-icon

Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!

9 illik bazada kolleclərin boş yerlərini seçim BAŞLADI

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2025-ci il avqustun 29-dan sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib //eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  //shorturl.at/B4g0M

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Oxşar xəbərlər

Bütün xəbərlər