Xəbər lentiwidget-title-icon

Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru

“Bu il əsas problem subbakalavrların qəbulunda oldu” - AÇIQLAMA

"Abituriyentlərə görə ixtisas seçiminin nəticələri və yerləşdirilməsi ədalətli və şəffafdır. Orada heç bir problem yoxdur. Balı yüksək, normal və keçid imkanı olanların hamısı qəbul olunub. Balı aşağı olanlar və ixtisas seçimini səhv aparanlar kəsilib, vəssalam".

Tehsilmeda.com xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Murad bildirdi.

O əlavə etdi ki, subbakalavrların şansı hər il daha da zəifləyir, onların qəbul şansı getdikcə azalır:

"Bu il də bunun şahidi olduq. “Abituriyent” jurnalının 2-ci sayında subbakalavrlara yer verildiyi qeyd olunan universitetlər və ixtisaslar var idi. Xüsusilə də qida mühəndisliyi ixtisasının adını çəkirəm. Nəticələr açıqlanandan sonra müşahidə etdik ki, ən azından mənim gördüyüm qədərilə, subbakalavrlara yer verdiyi qeyd olunan universitetlər nəticələr elan ediləndə subbakalavrlara ümumiyyətlə yer ayırmayıb. Yəni Dövlət İmtahan Mərkəzi subbakalavrlar üçün standart bir ölçü müəyyən etməlidir. Qəbul da həmin standart ölçü əsasında aparılmalıdır və subbakalavr bilməlidir ki, qəbul ola bilər, yoxsa ola bilməz. Qida mühəndisliyi üzrə kifayət qədər universitetdə subbakalavrlar üçün yer verildiyi göstərilsə də, yekunda baxdıq ki, ortada heç nə yoxdur. Kompüter mühəndisliyi, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ixtisasları üzrə də subbakalavrlara yer verildiyi qeyd olunan bəzi universitetlərdə nəticədə subbakalavrlar üçün qəbul aparılmayıb.

Bunun üçün müəyyən bir ölçü götürmək lazımdır. Burada abituriyentlərin çox olması istər-istəməz subbakalavrların şansını zəiflədir, o başqa məsələdir. Amma ən azından bunu tənzimləmək, standart bir ölçüyə salmaq və subbakalavrların da bu minvalla hərəkət etməsinə şərait yaratmaq lazımdır. Çünki hər biri müəyyən ümid və həvəslə ixtisas seçiminə qatılır. İki il universitetdə oxuyanda diplom ortalaması yüksək olsun deyə əziyyət çəkir, amma yekunda 96, 97, 98 balla kənarda qalanda istər-istəməz narahatlıq və narazılıq yaranır. Ona görə də buna müəyyən bir ölçü götürülməlidir. Bu il problem subbakalavrlarda oldu. Digər qruplarda, birinci, ikinci, üçüncü, dördüncü və beşinci qruplarda heç bir problem olmadı. Problem deyəndə ədalətsizliyi nəzərdə tutmuram. Dediyim kimi, balı yüksək və normal olanlar universitetə qəbul olub, balı aşağı olanlar universitetdən kəsilib. Bu da təbii haldır, hər kəs universitetə qəbul ola bilməz".

Oxşar xəbərlər

Bütün xəbərlər