Bu qrupda keçid balları rekord həddə çatdı - 692 BAL

Azərbaycan Tibb Universitetinin (ATU) Tibb fakültəsinin ingilis bölməsi üzrə keçid balı 692 bal olub.
Tehsilmedia.com xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsində paylaşım edib.
Bundan əlavə, ATU-nun Tibb ixtisası üzrə keçid balının 638 bal olduğu bildirilib.
Məlumata görə, qəbul imtahanlarında 690–700 bal aralığında nəticə göstərən 9 nəfər, 630 baldan yuxarı nəticə əldə edən isə 703 nəfər olub.
Göstəricilər IV ixtisas qrupu üzrə builki qəbul prosesində rəqabətin son illərlə müqayisədə daha da gücləndiyini göstərir.




























