Xəbər lentiwidget-title-icon

Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
Linza taxan uşaqlar bunları qətiyyən etməməlidir – Həkimdən xəbərdarlıq
Qarabağ Universiteti direktor vakansiyası ELAN EDİR
Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA
Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı
Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır?
Rusiyada tədrisin ilk günündə məktəbdə insident: Yaralananlar var
Müəllim olmaq istəyənlərə DİQQƏT - Magistr təhsili tələbə oluna bilər?
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
"Mən vaxtında Təhsil İnstitutu rəhbərliyinə "Pandorra yeşiyini açırsınız" deyə xəbərdarlıq etmişdim" - ŞİKAYƏT
TOEFL iBT imtahanı keçiriləcək
5 peşə sahəsi üzrə mütəxəssislərin bilikləri qiymətləndirilib
Azərbaycan dili və ədəbiyyatı müəllimliyinin keçid balı ən çox bu universitetdə ARTIB
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb
Bakı Dövlət Universiteti 107 yaşını qeyd edir
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır
Universitetlərə SƏRT ÇAĞIRIŞ - “Praktika yoxdursa, ixtisas da olmasın”
Sertifikatlaşdırmada ilk dəfə iştirak edən müəllimlərin müsahibə tarixləri məlum oldu
Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Məleykə Abbaszadə ilə bağlı iddialara RƏSMİ CAVAB - DİM-dən GEDİR?

Kitabxanaçıların əməkhaqqısı artırılacaq

“Bu gün ölkəmizdə nümunəvi göstərə biləcəyimiz dövlət kitabxanalarının sayı çox azdır”.

Tehsilmedia.com xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib.

“Nazirlər Kabinetinin 136 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıya baxsaq, ölkədə təxminən 3 400 kitabxananın olduğunu görərik. Təklif olunan kitabxanaların optimallaşdırma modeli də məhz mövcud vəziyyəti dəyişdirməyə yönəlib”, - nazir müavini bildirib.

Qeyd edilib ki, təqdim olunan hesabta görə, kitabxanaların 90 faizdən çoxu bina, struktur, xidmət sahəsi və digər göstəricilər baxımından beynəlxalq standartlara cavab vermir.

Vurğulanıb ki, kitabxana sistemində peşəkar kadr çatışmazlığı da əsas problemlərdən biri kimi göstərilir. Sistemdə çalışan işçilərin 7,7 faizinin ixtisas təhsilli olduğu bildirilir.

Məlumata əsasən, kitabxana fondunun 57,6 faizi kiril qrafikasındadır, fondun 4 faizini elmi, 8 faizini isə uşaq ədəbiyyatı təşkil edir. Hazırda kitabxanaların yalnız 20 faizində internet təminatı var. Kitabxanaların 96 faizində isə avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq olunmayıb. Ölkə üzrə kitabxanaların ümumi kitab fondu 18 milyon 894 min 915 nüsxə təşkil edir. Kitabxanalarda qeydiyyatdan keçmiş oxucuların sayı isə 954 min 260 nəfərdir. Aparılan monitorinqlər zamanı əməyin müvafiq ödəniş qrupları üzrə tələbləri qarşılamaq üçün bəzi kitabxanalar tərəfindən faktiki fond və real oxucu sayının təqdim olunmadığı hallar da aşkar edilib.

Azərbaycan dilində olan kitabların böyük hissəsi hələ də kiril qrafikasındadır. Belə ki, Azərbaycan dilindəki kitabların 9 milyon 202 min 186 nüsxəsi və ya 57,6 faizi kiril, 6 milyon 777 min 138 nüsxəsi və ya 42,4 faizi latın qrafikasındadır.

Yeni sistem çərçivəsində isə ictimai kitabxanaların IFLA standartlarına uyğun formalaşdırılması nəzərdə tutulur. Kitabxana xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin göstərilməsi, həmçinin elektron kitabxana xidmətinin tətbiqi planlaşdırılır. Bununla kitabxananın hər kəs üçün mobil telefonda əlçatan olması nəzərdə tutulur.

Yeni modeldə kitabxanaların müasir standartlara uyğun oxu zalı və mədəni fəaliyyət mərkəzinə çevrilməsi, kitab fondunun IFLA standartlarına uyğun komplektləşdirilməsi planlaşdırılır.

Bundan başqa, yalnız şəxsiyyət vəsiqəsi ilə sistemin bütün kitabxanalarından istifadənin mümkün olması, səyyar kitabxana xidməti vasitəsilə bütün inzibati ərazi vahidləri üzrə kitabxana xidmətinin göstərilməsi nəzərdə tutulur.

Yeni sistem maksimum əlçatanlığın təmin edilməsini və kitabxana xidmətindən 24 saat istifadə imkanının yaradılmasını da nəzərdə tutur.

İnklüziv oxucular üçün ayrıca kitabxana xidmətlərinin yaradılması, o cümlədən audio kitabların, Brayl əlifbasında nəşrlərin və ünvana çatdırılma xidmətinin təşkili planlaşdırılır.

Eyni zamanda, açıq rəf sisteminin və elektron kitab sifarişinin tətbiqi, daha yüksək əməkhaqqı və sistematik iş fəaliyyətinin təmin edilməsi yeni kitabxana modelinin əsas istiqamətləri sırasında göstərilir.

Oxşar xəbərlər

Bütün xəbərlər