Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Tarix müəllimlərinin etirazı böyüyür - Sertifikasiyada balans pozulub?

Ötən həftə müəllimlərin sertifikasiya imtahanlarında tarix, texnologiya, təsviri incəsənət, musiqi və fiziki tərbiyə müəllimləri iştirak ediblər.

İmtahandan əvvəl cəmiyyətdə texnologiya, musiqi və fiziki tərbiyə müəllimlərinin daha çox uğursuz olacağı ilə bağlı fikir formalaşsa da, nəticələr fərqli mənzərə ortaya qoyub.

Statistikaya əsasən, tarix fənni üzrə 5 571 müəllimdən 1 377-si uğursuz nəticə göstərib, orta bal isə 39 olub. Digər fənlər üzrə isə müəllimlərin bir qismi imtahanı hətta 30 dəqiqə kimi qısa müddətdə yüksək nəticə ilə başa vurub.

Bu fərqlilik cəmiyyətdə "tarix istisna olmaqla, digər fənlər üzrə suallar daha asan idi" fikrini formalaşdırıb. Bəs bu iddialar nə dərəcədə əsaslıdır? Nəticələrin yüksək olması sualların asanlığından irəli gəlir, yoxsa müəllimlərin hazırlıq səviyyəsindən?

AzEdu.az-a mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bəzi müəllimlər tarix fənni üzrə sualların digər fənlərlə müqayisədə daha çətin hazırlanmasını sertifikasiyanın obyektivliyinə kölgə salan amil kimi qiymətləndiriblər:

"Məlum olduğu kimi, 2026-cı ildə bütün fənlər üzrə sertifikasiya prosesinin yekunlaşdırılması nəzərdə tutulurdu. Digər fənlər üzrə imtahanlar mərhələli şəkildə keçirilsə də, xüsusilə tarix fənni üçün hazırlanan suallar ciddi narazılığa səbəb oldu. Müəllimlərin fikrincə, suallar sertifikasiya formatına tam uyğun gəlmirdi, kifayət qədər qəliz idi və onların həlli çox vaxt tələb edirdi. Bu narazılıqlar sosial şəbəkələrdə də geniş müzakirə olundu.

Əslində, buna bənzər hallarla Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında da rastlaşırıq. Bəzən bir ixtisas qrupu üzrə suallar daha asan, digərində isə daha çətin olur. Eyni hal ayrı-ayrı fənlər arasında da müşahidə edilir. Bu isə əsasən sualları hazırlayan müəllimlərin metodoloji yanaşması və sual tərtibetmə prinsipləri ilə bağlıdır. Yəni tarix fənni üzrə sualları hazırlayan müəllimin daha çətin tapşırıqlar tərtib etməsi, digər fənlər üzrə isə daha sadə sualların hazırlanması mümkündür".

Ekspertin sözlərinə görə, fənlər arasında çətinlik səviyyəsinin fərqli olması müəyyən mənada imtahanın obyektivliyinə təsir göstərir:

"Belə fərqliliklərə beynəlxalq imtahanlarda da rast gəlinir. Amma arzuolunan odur ki, vahid standart tətbiq edilsin və bütün fənlər üzrə həmin standart qorunsun. Məsələn, təqdim olunan 60 sualın 20-si asan, 20-si orta, 20-si çətin və ya 25-i asan, 25-i orta, 10-u çətin olmaqla bütün fənlər üzrə eyni bölgü tətbiq oluna bilər. Bu standartdan kənara çıxılmaması sualları hazırlayan müəllimlər üçün əsas tələblərdən biri olmalıdır.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi və ya Təhsil İnstitutu tərəfindən bu istiqamətdə müvafiq tapşırıqlar veriləcək. Bu məsələdə hər hansı ayrı-seçkiliyin olacağını düşünmürəm. Əksinə, hesab edirəm ki, nazirliyin də yanaşması bütün fənlər üzrə eyni şərtlərin təmin edilməsinə yönəlib. Sertifikasiya imtahanının təlimatnaməsində də bu qaydalar öz əksini tapıb.

Ancaq nəzərə almaq lazımdır ki, sualları hazırlayan insandır. Müəllimlərdən biri daha çətin, digəri isə daha asan suallar hazırlaya bilər. Düşünürəm ki, bu fərqlilik də məhz bundan irəli gəlir. Bununla belə, tarix fənni üzrə suallar bir qədər daha balanslı və müəllimlərin hazırlıq səviyyəsinə uyğun tərtib oluna bilərdi.

Ümumilikdə, fənlər üzrə sualların çətinlik səviyyəsinin fərqlənməsi imtahanın obyektivliyinə müəyyən qədər xələl gətirir. Ona görə də bütün fənlərdə sualların səviyyəsi eyni prinsiplər əsasında müəyyənləşdirilməlidir və sualları hazırlayan komanda da bu yanaşmanı rəhbər tutmalıdır.

Digər tərəfdən, tarix müəllimlərinin şikayətlərinin çoxluğu da diqqət çəkir. Əgər narazılıq edənlərin sayı az olsaydı, bunu fərdi yanaşma kimi qiymətləndirmək olardı. Lakin tarix fənni üzrə tanınmış və təcrübəli müəllimlərin də eyni fikirləri səsləndirməsi istər-istəməz müəyyən suallar yaradır. Tarix müəllimlərinin sualların çətin, vaxtaparan və ağır olması ilə bağlı çoxsaylı fikirlərini nəzərə alaraq, məndə də belə qənaət formalaşıb ki, tarix fənni üzrə suallar həqiqətən də digər fənlərlə müqayisədə daha çətin olub.

Hazırda Elm və Təhsil Nazirliyinin Apellyasiya Komissiyasının qərarı gözlənilir. Ola bilsin ki, qərar müəllimlərin lehinə olsun. Çünki Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda da problemli sualların iştirakçıların xeyrinə hesablandığı hallar olub. Əgər mütəxəssislər tarix fənni üzrə bəzi sualların problemli olduğunu müəyyənləşdirərlərsə, həmin sualların da imtahan iştirakçılarının lehinə hesablanması mümkündür".

Oxşar xəbərlər

Bütün xəbərlər