Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

Sertifikasiyası: Regionlarda kadr çatışmazlığı artacaq, yoxsa azalacaq?



Bu il Tarix, Fiziki tərbiyə, Musiqi, Texnologiya və Təsviri incəsənət fənləri üzrə müəllimlər ilk dəfə sertifikasiyaya cəlb olunacaqlar.

Qeyd edək ki, tarix fənni istisna olmaqla, bu sahələrdə, xüsusilə regionlarda kadr çatışmazlığı mövcuddur.

Bu halda sual yaranır: sözügedən fənn müəllimlərinin sertifikasiya nəticələri mövcud kadr çatışmazlığını daha da artıra bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.

Müsahibimiz bildirib ki, bu ehtimal o qədər də inandırıcı və real görünmür:

"Sertifikasiya imtahanları artıq 2026-2027-ci illər üçün sonuncu mərhələ kimi qiymətləndirilir. Bu mərhələdə sonuncu imtahan keçiriləcək və bu, əsas ixtisaslarla yanaşı musiqi, texnologiya, təsviri incəsənət, əmək kimi fənlərin də sertifikasiya imtahanlarına cəlb olunması baxımından çox gözəl və təqdirəlayiq bir addımdır.

Əgər biz region məktəblərində və ya bəzi digər məktəblərdə bu ixtisasları tədris edən müəllimlərin sertifikasiya imtahanından kəsilə biləcəyi ehtimalını nəzərə alsaq və kəsildikləri təqdirdə orta ümumtəhsil məktəblərində bu ixtisaslar üzrə müəllim sayının azalacağını düşünsək, bunun müəyyən problemlər yaradacağı fikri irəli sürülür. Mən isə hesab edirəm ki, bu o qədər də inandırıcı və real görünmür.

Çünki Elm və Təhsil Nazirliyi bu prosesi həyata keçirirsə və fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət kimi ixtisasların sertifikasiya imtahanına cəlb olunmasını planlaşdırırsa, yəqin ki, buna uyğun alternativ planlar da mövcuddur. Hazırda yay aylarına doğru müəllimlərin işə qəbulu (MİQ) imtahanları keçiriləcək və sertifikasiya imtahanından sonra əmək müqaviləsinə xitam verilən müəllimlərin yerləri vakant yerlərin artmasına səbəb olacaq".

Öz ixtisasını illərlə tədris edən bir müəllim sertifikasiya imtahanında tədris etdiyi fənn üzrə 50% nəticə göstərə bilmirsə, bu, ciddi məsuliyyətsizlikdir:

"Bu isə ixtisasını yaxşı bilən, MİQ imtahanında yüksək nəticə göstərən, eləcə də ali təhsil müəssisələrini bitirmiş gənc kadrlar üçün böyük imkan yaradacaq. Çünki bu ixtisaslar üzrə kifayət qədər gənc məzunlarımız var və onlar illərlə bitirsələr də, vakant yerlərin azlığı səbəbindən orta ümumtəhsil məktəblərində fəaliyyət göstərə bilmirlər. Vakant yerlərinin artması həmin gənclərin məktəblərdə işlə təmin olunmasına müsbət təsir göstərəcək və bu ixtisasları bitirənlər üçün real bir şans yaradacaq.

Əvvəlki illərin sertifikasiya imtahanlarında da bəzi ixtisaslar üzrə, xüsusilə ibtidai sinif müəllimliyi sahəsində, bəzi müəllimlərin öz ixtisası üzrə fəaliyyət göstərmədiyi və ya ixtisas biliklərinin zəif olduğu aşkarlanmışdı. Sertifikasiya imtahanlarının nəticələrinə əsasən həmin müəllimlərin əmək müqavilələrinə xitam verilmişdi. Onların yerinə isə MİQ imtahanı vasitəsilə daha peşəkar, işinin mütəxəssisi olan kadrların qəbul ediləcəyi düşünülür.

Öz ixtisasını illərlə tədris edən bir müəllim sertifikasiya imtahanında tədris etdiyi fənn üzrə 50% nəticə göstərə bilmirsə, bu, ciddi məsuliyyətsizlikdir. Belə müəllimlərin orta ümumtəhsil məktəblərində fəaliyyət göstərməsinin qətiyyən tərəfdarı deyiləm və düşünürəm ki, heç birimiz tərəfdar olmamalıyıq. Çünki biz övladlarımıza ən yaxşı müəllimlərin dərs deməsini təmin etməliyik".

Ən yaxşı müəllimlərin seçimi isə hazırda sertifikasiya imtahanının nəticələrinə əsaslanır:

"Beynəlxalq təcrübəyə baxdıqda da görürük ki, müxtəlif ölkələrdə müəllimlərin peşəkarlığını artırmaq üçün fərqli seçim meyarları mövcuddur. Bizdə bu meyar məhz sertifikasiya imtahanıdır. Əgər bir müəllim orta ümumtəhsil məktəblərində peşəkar fəaliyyət göstərmək istəyirsə, mütləq sertifikasiya imtahanında ixtisası üzrə ən azı 50% nəticə əldə etməlidir. 50% nəticəni keçə bilməyən müəllimin şagirdə necə keyfiyyətli dərs deyəcəyi sual altındadır.

Bu baxımdan atılan addımlar çox təqdirəlayiqdir. Bununla yanaşı, mən məktəb psixoloqlarının da sertifikasiya imtahanına cəlb olunmasını təklif etmişdim. Yəqin ki, Elm və Təhsil Nazirliyi ilə bu istiqamətdə müvafiq görüşlər keçirilib və yaxın gələcəkdə məktəb psixoloqlarının da sertifikasiya imtahanlarına cəlb olunması aktuallaşacaq".

Oxşar xəbərlər


Bütün xəbərlər

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE