Xəbər lentiwidget-title-icon

Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli

MİQ imtahanları DİM-ə verilə bilərmi...

MİQ imtahanları DİM-ə verilə bilərmi...

Builki müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlarında istifadə olunmuş sualların quruluşu, məzmunu və mahiyyəti ilə bağlı çoxsaylı şikayətlər edilir. İmtahan iştirakçıları sosial şəbəkələrdə kütləvi şəkildə narazılıqlarını ifadə etməkdədirlər. Bir çoxları MİQ imtahanlarının keçirilməsinin DİM-ə (Dövlət İmtahan Mərkəzi) həvalə olunmasını təklif edir. Çünki DİM-in bu sahədə uzun illərdən gələn təcrübəsi ortadadır.

tehsilmedia.info xəbər verir ki, sözügedən mövzu ilə bağlı fikir və təkliflərini azedu.az-la bölüşən təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, MİQ imtahanlarının DİM-ə verilməsinin həll yolu olacağından əmin deyil:

“MİQ imtahanının keçirilməsindən sonra sualların quruluşu və məzmunu ilə bağlı çoxlu şikayətlər gəlir. Ümumi olaraq bir narazılıq havası var. Deyilənə görə, imtahan sualları çərçivəyə uyğun olmayıb, suallarda səhv var və bəzilərinin ümumiyyətlə düzgün cavabı yoxdu. Bundan əlavə, ifrat dərəcədə çətin suallar salınıb. Sualların faiz olaraq asan, orta, çətin bölgüsü düzgün şəkildə ortaya qoyulmayıb. Amma unutmamalıyıq ki, sertifikasiya imtahanını da eyni qurum keçirir. Sertifikasiyadan məmnundurlar, ancaq MİQ-dən deyil”.

MİQ imtahanları DİM-ə verilə bilərmi...

Ekspert mövcud narazılıqların hansı zəmində olmasını öyrənmək üçün araşdırma aparmağı təklif edir:

“Əgər mövcud durumla bağlı şikayət varsa, bir tədqiqat aparılmalıdır. Bunu nazirlik özü və digər əlaqəli qurumlar edə bilər. Öncə imtahana girənlərin neçə faizinin imtahandan məmnun olduğu, ikinci olaraq isə şikayət edənlərin narazılıq səbəbləri öyrənilməli və əldə olunan datalar təhlil olunmalıdır. Sadəcə, qeybət xarakterli danışılanlarla bir qənaətə gəlmək olmaz”.

Müsahibimiz nazirliyin bu mövzuda xeyli təcrübəyə sahib olmasından söz açıb:

“MİQ imtahanlarının DİM-ə verilməsinə gəldikdə isə bunun həll yolu olması sual altındadır. Nazirlik bu məsələdə xeyli təcrübəyə sahibdir. Bəlkə də MİQ imtahanlarının sertifikasiyadan çətin olması niyyətli bir addımdır. Əgər həqiqətən də belədirsə, Təhsil İnsitutu bunun izahını verməlidir. Əgər başqa bir səhlənkarlıq varsa, artıq bu bir nöqsan hesab olunur. Buradan da belə bir sual meydana çıxır ki, sualları çətin salaraq daha keyfiyyətli müəllim götürə biləcəyikmi? Bundan əmin deyiləm. Ona görə də düşünürəm ki, nazirlik və Təhsil İnstitutu bir araşdırma aparmalı, bu araşdırmanın nəticəsində narazılıqların hansı zəmində olduğuna baxılmalıdır. Əgər kütləvi bir hal varsa, çıxış yolu axtamaq lazımdır”.

MİQ imtahanları DİM-ə verilə bilərmi...

Sabiq deputat Sona Əliyeva isə deyir ki, imtahanların hansı qurum tərəfindən keçirilməsindən asılı olmayaraq, önəmli olan prosesin ədalətli şəkildə həyata keçirilməsidir.

“Mahiyyətcə imtahanın hansı qurum tərəfindən keçirilməsinin fərqi yoxdu. Reallığı nəzərə alsaq, DİM-in əsas işinin imtahanların keçirilməsi və qiymətləndirmə, dəyərləndirmə, ölçmə olduğunu qeyd edə bilərik. Deməli DİM-in təcrübəsi çoxdur və təşkilatçılığı da yaxşı bacarır.

Hansı qurumun daha faydalı olacağı ilə bağlı fikir bildirmək istəmirəm. Önəmli olan imtahanların ədalətli şəkildə həyata keçirilməsidir ki, insanlar narazı qalmasın. Çünki MİQ imtahanları həmin şəxslərin həyatında olduqca önəmli rola malikdir. Bu, insanların iş həyatına və həyat keyfiyyətinə təsir edəcək bir məqamdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər