Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

İmtahanlarda maksimum bal toplayanların sayı niyə azalır?



Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Belə ki, imtahan iştirakçıları arasında 2 nəfər - Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Maraqlıdır, martın 15-də keçiriləcək buraxılış imtahanlarınının nəticələrinin ümumi mənzərəsi martın 9-da keçirilən imtahanlardan necə fərqlənəcək və maksimal bal toplayanlar olacaqmı?

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ilk olaraq xatırladıb ki, buraxılış imtahanlarından sonra xüsusilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə sualların çətin və vaxtaparan olması ictimaiyyət tərəfindən geniş şəkildə qeyd olunub.

“Dövlət İmtahan Mərkəzi bu iddiaları təkzib etsə də, nəticələr açıqlandıqdan sonra mənzərə aydın görünür. Belə ki, ötən il 1-ci zona üzrə keçirilən buraxılış imtahanlarında 23 nəfər maksimal - 300 bal toplamışdısa, bu il martın 9-da keçirilən imtahanda cəmi 2 nəfər bu nəticəni əldə edib. Bu isə əvvəlki illə müqayisədə 90 faizdən çox azalma deməkdir. Əlavə olaraq, ötən il 290 bal toplayanların sayı 50-70 nəfər arasında idisə, bu il həmin göstəricinin təxminən 15-20 nəfər civarında olacağı gözlənilir.

Ümumilikdə, bu tendensiya qəbul prosesinə təsirsiz ötüşmür. Yüksək bal toplayan abituriyentlərin sayı azalırsa, bu, ümumi nəticələrə də öz təsirini göstərir. Nümunə olaraq, ötən il 250 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfər idisə, bu il həmin rəqəmin təxminən 500 nəfərə düşəcəyi gözlənilir”.

Ekspert vurğulayıb ki, əgər blok imtahanlarının keçid balları ötən ilki səviyyədə qalarsa, bu, faktiki olaraq blok imtahanlarında balların aşağı düşməsi anlamına gələcək:

“Çünki buraxılış imtahanlarının çətin olması ümumi nəticələrə birbaşa təsir edir və nəticədə bal göstəriciləri azalır. Bu baxımdan, martın 15-də keçiriləcək imtahanda da maksimal nəticə göstərənlərin sayında ciddi artımın olacağı gözlənilmir. Ən yaxşı halda isə bu rəqəm 4-5 nəfər civarında ola bilər”.

R.Nurəliyev hesab edir ki, buraxılış imtahanları daha əlçatan səviyyədə olmalıdır:

“Bu imtahanlarda yalnız ali məktəblərə deyil, həm də kolleclərə, eləcə də xaricdə təhsil almaq, yaxud musiqi, idman və təsviri incəsənət sahələrinə yönəlmək istəyənlər iştirak edir. Buna görə də buraxılış mərhələsi daha balanslı olmalı, əsas fərqləndirmə və rəqabət mühiti isə blok imtahanlarında aparılmalıdır.

Ümumilikdə, buraxılış imtahanlarının çətinliyi maksimum nəticə göstərənlərin sayının azalmasına gətirib çıxarır və bu da ümumi qəbul mənzərəsinə təsirsiz ötüşmür. Bütövlükdə isə, qənaət ondan ibarətdir ki, imtahanların çətinlik səviyyəsi ötən illə eyni olsaydı, nəticələr daha stabil və proqnozlaşdırıla bilən olardı. Ümumiyyətlə, imtahan çətin olduqda ballar enir, nisbətən asan olduqda isə yüksəlir”.

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı gözləntilər bu il daha yüksək olsa da, açıqlanan rəqəmlər həmin proqnozları doğrultmayıb:

“58 minə yaxın şagirddən cəmi 3 nəfərin maksimal nəticə əldə etməsi əvvəlki illərlə müqayisədə xeyli aşağı göstəricidir. Bu məzunlar iki il əvvəl keçirilmiş buraxılış imtahanlarında 26 nəfərin maksimum nəticə göstərdiyi qrup idi və bu səbəbdən ən azı 10-15, hətta 30-a yaxın maksimal nəticə gözlənilirdi”.



Ekspertin sözlərinə görə, martın 15-də keçirilən imtahanlar isə əvvəlkilə müqayisədə bir qədər asan hesab olunurdu və burada yüksək nəticələrin sayının artacağı gözlənilirdi:

“Hazırda isə ümumi mənzərə göstərir ki, maksimal nəticə əldə edənlərin sayı ilkin proqnozlardan aşağıdır. Ola bilsin ki, 9 mart, 15 mart və 19 aprel tarixlərində keçirilmiş imtahanların yekununda bu göstərici minimum 15 nəfər civarında formalaşsın”.

E.Əfəndi onu da əlavə edib ki, imtahanların çətinlik səviyyəsini yalnız maksimal nəticə göstərənlərin sayı ilə qiymətləndirmək düzgün yanaşma deyil:

“Ümumilikdə imtahanlarda təxminən 130 minə yaxın abituriyent iştirak edir. Bu qədər böyük kütlə fonunda cəmi 30-50 nəfərin maksimum nəticə göstərməsi, qalanların isə 150-200 bal intervalında nəticə əldə etməsi ümumi mənzərəni müsbət qiymətləndirməyə əsas vermir. Əsas göstərici orta baldır. Əgər orta nəticə 140-160 bal üzərində olarsa, bu zaman imtahan nəticələrini qənaətbəxş hesab etmək mümkündür”, - deyə ekspert bildirib.

Oxşar xəbərlər


Bütün xəbərlər

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE