Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

SİYƏZƏNİN PEŞƏKAR MÜƏLLİMİ: XAVƏR MÜƏLLİM – ömrünü insanlara və təhsilə həsr edən fədakar qadın!

Həyatda elə insanlar var ki, onların adı çəkiləndə ilk olaraq peşəkarlıq, məsuliyyət, qayğıkeşlik və insanlıq yada düşür. Uzun illərdir ki, məktəbimizin pedaqoji kollektivində böyük hörmət və nüfuz qazanan Teymurova Xavər Böyükağa qızı məhz belə insanlardandır. Xavər müəllim Siyəzən şəhər C. Cabbarlı adına 1 nömrəli tam orta ümümtəhsil məktəbində "Rus dili və ədəbiyyatı" müəllimi kimi çalışmış, həmçinin direktorun tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir.

Xavər müəllimin həyat yolu təhsilə, müəllim adına və insan yetişdirmək missiyasına həsr olunmuş şərəfli bir yoldur. O, uzun illər müəllim kimi fəaliyyət göstərmiş, daha sonra məktəb rəhbərliyində məsul vəzifə daşıyaraq direktor müavini kimi məktəbimizin inkişafına dəyərli töhfələr vermişdir. Peşəsinə sonsuz bağlılığı, işinə tələbkar münasibəti, hər bir məsələyə yüksək məsuliyyət hissi ilə yanaşması onu həm həmkarlarının, həm də yüzlərlə şagirdin yaddaşında xüsusi yerə sahib etmişdir.

Lakin Xavər müəllimi yalnız uğurlu pedaqoq kimi xarakterizə etmək kifayət deyil. O, eyni zamanda həyatın ən müqəddəs missiyasını – ana olmağı böyük şərəf və ləyaqətlə yerinə yetirmiş bir qadındır. Üç qız övladını sevgi, qayğı və yüksək mənəvi dəyərlər ruhunda böyüdərək onların hər birinin təhsil almasında, cəmiyyətdə layiqli yer tutmasında mühüm rol oynamışdır. Bu gün onun qızları öz ailələrində nümunəvi ana, qayğıkeş övlad və hörmətli insan kimi tanınırlar. Bu isə ilk növbədə onların aldığı ailə tərbiyəsinin, analarının həyat dərslərinin nəticəsidir.

Həyat bəzən insanları ağır sınaqlarla üz-üzə qoyur. Xavər müəllim də belə sınaqlardan keçmişdir. Vaxtsız itirdiyi əziz qızı Fidanənin yoxluğu hər zaman onun qəlbində sağalmaz bir nisgil olaraq yaşayır. Lakin o, bu ağrını öz daxilində daşıyaraq Fidanənin əmanəti olan iki övladına – Aynurə və Amidə yalnız nənə deyil, həm də ikinci ana olmuşdur. Onların böyüməsində, təhsil almasında, həyata hazırlanmasında göstərdiyi fədakarlıq hər cür ehtiramın fövqündədir.

Aynurənin həyat yolunda Xavər müəllimin rolu xüsusilə böyük olmuşdur. O, nəvəsinə təkcə nənə sevgisi deyil, ana qayğısı, ana şəfqəti bəxş etmiş, onun sevincinə sevinmiş, çətinliklərinə dayaq olmuşdur. Hətta Aynurənin gəlin köçdüyü gün də hər kəs Xavər müəllimənin timsalında əsl ana məhəbbətinin, sonsuz fədakarlığın şahidi olmuşdur. Çünki bəzi insanlar qan qohumluğundan daha böyük bir bağ qururlar – ürək bağı. Xavər müəllimin nəvələri ilə münasibəti də məhz belə bir bağlılığın ən gözəl nümunəsidir.

İllərdir bir yerdə çalışdığımız bu dəyərli insan haqqında düşünərkən ilk yada düşən onun tələbkarlığı ilə yanaşı, böyük ürək sahibi olmasıdır. O, həmkarlarının sevincinə də, kədərinə də şərik olmağı bacaran, ehtiyacı olan hər kəsə dəstək verməyə çalışan, insanlara dəyər verən nadir şəxsiyyətlərdəndir. Onun yanında çalışan hər kəs bilir ki, Xavər müəllimin sərt görünən tələbkarlığının arxasında böyük bir mərhəmət və sonsuz insan sevgisi dayanır.

Bu gün ömrünün müdriklik çağını yaşayan Xavər müəllim hələ də öz enerjisi, işgüzarlığı və peşəsinə sədaqəti ilə ətrafındakılara nümunədir. Onun keçdiyi həyat yolu gənc müəllimlər üçün örnək, yetişdirdiyi insanlar isə ən böyük əsəridir.

Əziz Xavər müəllim! Bir həmkar, bir dost, bir bacı kimi Sizə olan hörmətimi və sevgimi sözlərlə tam ifadə etmək çətindir. Siz həyatınız boyu insanlara nur bəxş edən, qayğı göstərən, öyrədən və yaşadan insanlardan olmusunuz. Uca Yaradan Sizə möhkəm can sağlığı, ailənizin hər bir üzvü ilə xoş günlər, nəvələrinizin uğurlarını görməyi nəsib etsin. Sizin kimi insanların varlığı həm kollektiv üçün, həm də cəmiyyət üçün böyük dəyərdir.

Qoy həyatınızın hər yeni günü Sizə bəxş etdiyiniz sevgilərin, yaxşılıqların və zəhmətin ən gözəl əvəzini gətirsin. Siz buna layiqsiniz, əziz Xavər müəllimə.

Bu sətirlər ömrünü təhsilə, ailəsinə və insanlara həsr etmiş dəyərli həmkarım Xavər müəllimə sonsuz hörmət və sevgimin kiçik bir ifadəsidir.

Böyük ehtiramla,Siyəzən şəhər C. Cabbarlı adına 1 nömrəli tam orta ümümtəhsil məktəbinin "Azərbaycan dili və ədəbiyyatı" müəllimi Sevil Abidli

Oxşar xəbərlər

Bütün xəbərlər