Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “PAŞA Sığorta” ASC-nin dəstəyi ilə 10 iyun tarixində “Baku Events Hall” konsert mərkəzində orta məktəbi uğurla başa vuraraq məzun olan şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri keçirilib.

"Aztəhsil.az" xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova məzun olan şəhid övladlarını təbrik edərək onların bu mühüm nailiyyətinin yalnız ailələri üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, şəhid ailələrinə və övladlarına göstərilən diqqət və qayğı hər zaman Birliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq: "Bu gün siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. İnanırıq ki, əldə etdiyiniz uğurlar şəhid valideynlərinizin əziz xatirəsinə layiqli töhfə olacaq. Həyatınızın hər mərhələsində biz sizin yanınızda olmağa davam edəcəyik."

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov məzun olan şəhid övladlarını təbrik edərək onların göstərdikləri əzmkarlığın və əldə etdikləri uğurların qürurverici olduğunu bildirib. Nazir qeyd edib ki, şəhid ailələrinə dövlət qayğısı daim diqqət mərkəzindədir və bu gənclərin təhsil alaraq ölkənin gələcəyinin qurulmasında fəal iştirak etmələri ən böyük uğurlardan biridir. O, məzunlara gələcək həyatlarında yeni nailiyyətlər arzulayıb.

Tədbirdə iştirak edən dövlət rəsmiləri, millət vəkilləri və ictimai xadimlər də məzun olan gənclərə xoş arzularını çatdırıblar. Çıxış edənlər arasında “PAŞA Sığorta” ASC-nin Daxili Kommunikasiyalar şöbəsinin rəhbəri Ləman Maqsudlu, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Ceyhun Məmmədov, Nigar Məmmədova və Vüqar Rəhimzadə yer alıblar.

Tədbirdə şəhid övladlarının çıxışları xüsusi maraqla qarşılanıb. Vətən müharibəsi şəhidi baş leytenant Ceyhun Niftəliyevin qızı, Göygöl rayon birincisi Ayan Niftəliyeva və şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov məzunlar adından çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, məzun Teymur Həşimovun anası Ofelya Salmanova da çıxışında şəhid ailələrinə göstərilən mənəvi dəstəyin əhəmiyyətindən danışıb və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Rəsmi hissədən sonra tədbir geniş konsert proqramı ilə davam edib. Azərbaycanın tanınmış sənətçiləri və musiqi kollektivləri öz çıxışları ilə məzunlara unudulmaz anlar yaşadıblar. Konsert proqramında tanınmış müğənnilər Sevinc Ağasıyeva (SIVVA), Mərdan Kazımov, Sevda Yahyayeva, reper Orxan Zeynallı, “Star Band” qrupu və DJ China çıxış ediblər.

Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbirin əsas məqsədi şəhid övladlarının həyatında əlamətdar gün olan məzuniyyət sevincini onlarla birlikdə bölüşmək, onların gələcəyə daha böyük inam və motivasiya ilə addımlamalarına dəstək olmaq olub.

Oxşar xəbərlər

Bütün xəbərlər