Xəbər lentiwidget-title-icon

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?

Məktəbdə “Şəhidlər bulağı” kompleksinin açılış mərasimi keçirilib

Paytaxt məktəbində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün inşa olunmuş "Şəhidlər bulağı” kompleksinin açılış mərasimi keçirilib.

Bu barədə BŞTİ-dən tehsilmedia.info-a məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Bakı şəhəri 180 nömrəli tam orta məktəbdə yaradılmış bulağın açılış mərasimində millət vəkili Aydın Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov, Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov, şəhidlərin ailə üzvləri və yaxınları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri açıq elan edən məktəbin direktoru Atakişi Cəfərov qonaqları salamlayıb və məktəbin 8 şəhid məzunu barədə ətraflı məlumat verib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəbdə "Şəhidlər bulağı” kompleksinin yaradılmasının Vətən Müharibəsi şəhidlərinə olan sonsuz ehtiramın kiçik bir nümunəsi olduğunu diqqətə çatdırıb.

İdarə müdiri müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların gənc nəslə örnək olduğunu, Vətən uğrunda canını qurban verən igidlərin heç zaman unudulmayacağını deyib. Həmçinin qəhrəmanlarımızın, şəhidlərimizin başladığı mübarizə yolunun qələbə ilə başa çatmasının hər bir azərbaycanlının qürur yeri olduğunu qeyd edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları sayəsində 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığını, azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdıran M.Vəliyeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi və onların şücaətinin təbliğində təhsil müəssisələrinin böyük rolu olduğunu bildirib.

Millət vəkili Aydın Hüseynov Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı daim xatırlamaq üçün "Şəhidlər bulağı”nın yaradılmasını təqdirəlayiq bir missiya kimi qiymətləndirib. A.Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində torpaqlarımızın azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu xatırladıb.

Qaradağ RİH başçısının müavini Təranə İsmayılova, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov, İctimai Birliyin sədr müavini, Vətən Müharibəsi Qazisi Ramin Şirinov, İctimai Birliyin Qaradağ rayon şöbəsinin sədri, şəhid atası Vidadi Teyyubov şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyətindən bəhs ediblər.

Tədbirdə çıxış edən Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Həmçinin şəhidlərin adı verilmiş sinif otaqlarında şagirdlərlə görüş, şəhidlərin xatirəsinə həsr edilmiş "Şəhidlər muzeyi”nə baxış keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər