Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

“Biz məktəbdə qadağan etdik, harada edirlər özləri bilsinlər...”

Bu cümlə təhsil idarəçilərinin, məktəb rəhbərlərinin məsuliyyətdən qaçmaq, problemi həll etmək əvəzinə göz yummaq üçün uydurduğu ən rahat bəhanədir. Amma reallıq dəyişmir: Təhsil sistemindəki formallıq, “təki kağız üzərində düzgün görünsün” yanaşması bu gün valideynləri borc-xərc içində boğur, şagirdləri isə süni bir yarışın qurbanına çevirir.

Kimi aldadırıq? Məktəbin divarları arasında bəsit bir “Son zəng” ssenarisi tərtib etməklə iş bitmir. Məktəb rəhbərliyi hesabat verir ki, “bizdə hər şey təlimata uyğundur”. Yaxşı, bəs o təlimat bitən yerdə – şadlıq saraylarında, lüks restoranlarda bütöv bir paraleli əhatə edən, 30-40 min manatlıq büdcəsi olan o dəbdəbəli məzun gecələrini kim təşkil edir? Bunu göydən düşən yadplanetlilər edir, yoxsa elə həmin məktəbin sinif rəhbərləri və onların yönləndirdiyi valideyn komitələri?

Təhsil idarəçilərinin “tədbir məktəbdən kənardadır, biz qarışmırıq” deməsi sadəcə korluq deyil, həm də prosesə şərik olmaqdır. Çünki:

“Palaza bürün, elnən sürün” psixologiyası məktəbdə aşılanır:
Sinifdə hamı eyni geyimi almalı, hamı eyni restorana pul verməlidir deyə valideynlərə gizli, sətiraltı təzyiqlər olunur. İmkanı olmayan valideyn uşağının sinifdə tək qalıb utanmaması üçün gedib kimdənsə faizlə borc alır, bir aylıq maaşını bir gecəlik bərbad bir şouya xərcləyir.

Müəllim və rəhbərlik bu prosesin birbaşa içindədir:
Heç bir valideyn komitəsi özbaşına 100-150 şagirdi bir araya toplayıb restoran tədbiri təşkil edə bilməz. Bu işin arxasında mütləq sinif rəhbərlərinin təşkilatçılığı, rəhbərliyin isə səssiz razılığı ("Xəbərim yoxdur, amma mənə də pay düşəcək" yanaşması) dayanır.

İbtidai siniflərdən başlayan rəzalət:
Təkcə 11-cilər deyil, indi 1-ci sinfə başlayanların "əlifba bayramı", 4-cülərin "ibtidai bitirmə gecəsi" belə toy xərcləri ilə yarışır. Fotoqraf xərcləri, xüsusi bəzədilmiş studiyalar, müəllimə bahalı hədiyyələr... Bu, təhsil deyil, bu, kommersiyadır!

Biz demirik ki, uşaqların bayramı olmasın. Uşaqlar sevinməlidir, məzun olmağı qeyd etməlidir. Amma bu bayramı şadlıq saraylarının lüksünə, müğənnilərin cibinə, süni dekorasiyalara qurban vermək kimə lazımdır? Repetitor yanına qaçmaqdan, imtahan stressindən onsuz da tükənən valideynin belinə bir də bu "məzuniyyət sənayesi"nin yükünü vurmaq hansı mənəviyyata sığır?

Tehsilmedia.info olaraq qeyd edirik ki, əgər Nazirlik, regional idarələr və məktəb direktorları həqiqətən bu problemi həll etmək istəsələr, bunu bir gündə yığışdırarlar. Necə ki, məktəbin daxilində nizam-intizam yarada bilirlər, eləcə də məktəbin adından istifadə olunaraq çöldə keçirilən o pullu yığıncaqlara da qəti qadağa qoya bilərlər. Tədbirləri əvvəlki illərdəki kimi sadə, səmimi və məktəb həyətində etmək bu qədərmi çətindir?

Yalandan "məsuliyyət zonamız deyil" deməyi buraxın. O uşaqlar da, o müəllimlər də, o valideynlər də sizin sistemin içindədir. Bu formal bəhanələrə son qoyulmalı, valideynləri soyma kampaniyasına çevrilən bu "Son zəng" rəzalətinə çarə tapılmalıdır!

Oxşar xəbərlər

Bütün xəbərlər