Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar

Bakı Mühəndislik Universitetində (BMU) “İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər” mövzusunda seminar təşkil edilib. Seminarda BMU-nun Memarlıq və inşaat fakültəsinin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Dilqəm Qəniyev, eləcə də “Hydrotrans Engineering” Mühəndislik Mərkəzinin əməkdaşları iştirak ediblər.

AzEdu.az xəbər verir ki, öncə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə olan və seminarın əsas məruzəçisi qismində çıxış edən Elçin Abdullayev haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Almaniyanın “Kirn Ingenieure” şirkətində infrastruktur və mülki tikinti üzrə baş layihə rəhbəri vəzifəsində çalışan E.Abdullayev şəhər infrastrukturu, nəqliyyat sistemləri və dayanıqlı mühəndislik həlləri sahəsində geniş beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, Almaniyada müxtəlif infrastruktur layihələrinin idarə olunması, müasir urbanizasiya çağırışları və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələrdə iştirak edib.

Seminarda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə təşkil olunan bu cür elmi-praktik tədbirlərin ali təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, iqlim dəyişiklikləri, dayanıqlı şəhərsalma və müasir infrastruktur sistemlərinin formalaşdırılması məsələləri hazırda qlobal elmi və mühəndislik gündəliyinin prioritet istiqamətlərindəndir. Bu baxımdan tələbə və gənc tədqiqatçıların beynəlxalq təcrübə ilə yaxından tanış olması, həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Yaqub Piriyev WUF13 kimi nüfuzlu beynəlxalq platformanın Bakıda keçirilməsinin şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini fikirlərinə əlavə edib. Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dayanıqlı şəhər inkişafı, urbanizasiya proseslərinin idarə olunması və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin elmi baxımdan araşdırılmasının aktuallığını diqqətə çatdırıb.

Sonra məruzə ilə çıxış edən Elçin Abdullayev iqlim dəyişikliklərinin şəhər infrastrukturlarına təsiri, dayanıqlı mühəndislik yanaşmaları və müasir urbanizasiya prosesləri ilə bağlı elmi-praktik məsələlərə toxunub. Qeyd olunub ki, son illərdə qlobal iqlim dəyişiklikləri nəticəsində şəhər mühitində müşahidə olunan risklər infrastruktur sistemlərinin daha davamlı və adaptiv prinsiplər əsasında layihələndirilməsini zəruri edir. Məruzədə dayanıqlı nəqliyyat sistemləri, su idarəetmə mexanizmləri, ekoloji cəhətdən səmərəli mühəndislik həlləri və ağıllı şəhər konsepsiyalarının tətbiqi istiqamətində beynəlxalq təcrübələr ətraflı təqdim olunub.

Seminar müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər