Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib

Müasir dövrdə qloballaşmanın təsiri ilə milli dillərin qorunması və inkişaf etdirilməsi hər bir dövlət üçün prioritet məsələlərdən birinə çevrilib. Azərbaycan dilinin saflığının saxlanılması, onun zəngin ifadə imkanlarının gələcək nəsillərə ötürülməsi və şagirdlərin bu dildə səlis, düzgün və yaradıcı şəkildə ünsiyyət qurma bacarıqlarının formalaşdırılması təhsil siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan ümumi təhsil sistemində həyata keçirilən islahatlar, xüsusilə dərsliklərin və kurikulumların yenilənməsi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dili dərsliklərinin və kurikulumlarının yenilənməsi şagirdlərin nitq bacarıqlarının inkişafına necə təsir göstərir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan dilinin qorunması, ona bağlılıq və onun sosial-mədəni dəyərinin dərk edilməsi ümumi təhsilin əsas prioritetlərindən biridir:

"Ümumi təhsil pilləsində tədris olunan fənlərdə, xüsusilə Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlərin nitqində dil qaydalarına əməl etməsi, müxtəlif tip və formalarda mətnlər quraraq yaradıcı yazılar yazması, fikirlərini ardıcıl, aydın və ədəbi dil normalarına uyğun şəkildə ifadə etməsi əsas məqsəd kimi müəyyənləşdirilib. Bu tələblər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda öz əksini tapıb.

Həmin standartlara uyğun hazırlanmış fənn kurikulumlarında şagirdlərin nitq bacarıqlarının inkişafı, fikirlərini obrazlı ifadə vasitələri ilə aydın, məqsədyönlü və yığcam şəkildə çatdırması, səlis və ədəbi dildə danışması kimi səriştələrə xüsusi yer verilmişdir. Azərbaycan dili və ədəbiyyat fənləri üzrə kurikulumlar təkmilləşdirilərək 2025-ci ildə təsdiq edilmiş və müasir tələblərə uyğunlaşdırılıb.

Dövlət sifarişi ilə hazırlanan dərsliklər isə bu dil siyasətinin praktik tətbiqini təmin edən əsas vasitə kimi çıxış edir. Son illərdə hazırlanmış dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun mətnlərlə Azərbaycan dilinin zənginliyini, ifadə imkanlarını və milli-mədəni xüsusiyyətlərini daha geniş şəkildə təqdim edir. Bu dərsliklərdə orfoqrafiya və orfoepiya qaydaları, nitq mədəniyyəti, milli terminologiyanın düzgün istifadəsi ilə bağlı tapşırıqlar geniş yer tutur və kommunikativ bacarıqların inkişafına, Azərbaycan dilinə hörmətin və milli-mənəvi dəyərlərin gücləndirilməsinə xidmət edir.

Eyni zamanda, digər dillərdə tədris aparılan siniflərdə də müəyyən fənlərin dövlət dilində tədrisi Azərbaycan dilinin dövlətçilik rəmzi kimi istifadəsinin genişləndirilməsi, bu dildə təhsil alan şagirdlərdə Azərbaycan dilinə, ölkənin tarixinə və milli dəyərlərinə hörmət hissinin formalaşdırılması məqsədi daşıyır. Bu istiqamətdə əlavə olaraq, həmin siniflərdə dərsdənkənar məşğələlər üçün ayrılan həftəlik saatlardan biri “Azərbaycan dili – dövlət dili kimi” fənninə verilib. Bununla yanaşı, digər dillərdə təhsil alan şagirdlər üçün hazırlanmış dərsliklərin dili onların yaş səviyyəsi nəzərə alınaraq daha sadə və anlaşıqlı şəkildə tərtib edilib".

Oxşar xəbərlər

Bütün xəbərlər