Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

İmtahan sistemi şagirdin yaddaşını deyil, düşüncəsini ölçməlidir

İmtahan sistemi şagirdin yaddaşını deyil, düşüncəsini ölçməlidir
"Son günlər Qazaxıstanda ali məktəblərə qəbul sisteminin yenilənməsi ilə bağlı müzakirələr əslində postsovet məkanında bütövlükdə “imtahan fəlsəfəsi”nin dəyişməsi, ciddi mədəni və institusional transformasiyadır.
Dünya təcrübəsi göstərir ki, klassik test modeli yəni düzgün cavabı seçmək üzərində qurulan mexanizm biliklərin minimum səviyyədə obyektiv ölçülməsi üçün effektivdir, amma XXI əsrin tələblərinə tam cavab vermir".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib.

Deputat bildirib ki, OECD tərəfindən keçirilən PISA tədqiqatı artıq illərdir ki, fakt əzbərləməyi deyil, oxuduğunu anlama, tətbiq etmə, analitik nəticə çıxarma və real situasiyada qərarvermə bacarıqlarını ölçür:

"ABŞ-də SAT imtahanı son illərdə esse modelini dəyişib, sualları daha çox məntiq və təhlilə yönəldib. Böyük Britaniyada A-level sistemi şagirdin yazılı arqumentasiya və fənlərarası düşünmə bacarığını qiymətləndirir. Yəni dünya artıq “doğru variantı tap” mərhələsindən “fikrini əsaslandır” mərhələsinə keçib.

Azərbaycan isə uzun illərdir qəbul prosesində sabitlik və şəffaflıq modeli qurmağı bacarıb. Bu, danılmaz faktdır. 1990-cı illərin xaotik qəbul mexanizmlərindən fərqli olaraq, mərkəzləşdirilmiş test sistemi sosial ədalət baxımından ciddi rol oynadı. Region məktəbində oxuyan bir şagirdlə paytaxt liseyinin məzunu eyni suallara cavab verdi. Korrupsiya riski minimuma endirildi. Bu sistemin tarixi missiyası var idi və o missiya yerinə yetirildi.
Amma indi sual başqadır: biz gələcəyin iqtisadiyyatı üçün hansı abituriyenti hazırlayırıq?

Yeni model Azərbaycan üçün necə ola bilər? Məncə, üçpilləli və balanslı bir mexanizm real görünür. Birinci mərhələdə yenə də baza biliklərini ölçmək üçün standartlaşdırılmış test qalmalıdır. Riyaziyyatın fundamental qaydalarını bilmədən analitik düşünmə mümkün deyil. Ana dilində oxuduğunu anlamadan esse yazmaq formal xarakter daşıyacaq.Yəni bilik yoxlanışı ləğv olunmamalıdır".

İkinci mərhələdə yazılı və analitik komponent əlavə oluna bilər

"Məsələn, qısa esse, mətn təhlili, statistik məlumatın şərhi və s. burada qiymətləndirmə meyarları tam şəffaf və açıq olmalıdır. Rəqəmsal platforma üzərindən anonim yoxlama mexanizmi qurmaq mümkündür. Texnoloji baxımdan bu gün Azərbaycan buna qadirdir. Üçüncü element isə rəqəmsal və funksional savadlılıq ola bilər. Sadə bir qrafikin interpretasiyası, məlumatın etibarlılığının qiymətləndirilməsi, süni intellekt alətlərindən etik istifadə barədə situasiya sualları. Çünki əmək bazarı artıq diplom yox, bacarıq tələb edir.

Amma gəlin özümüzə dürüst sual verək: biz hazırıqmı?Hazırlıq təkcə imtahan mərkəzinin texniki imkanları demək deyil. Əsas məsələ məktəbin özüdür. Əgər məktəbdə müəllim hələ də “hazır cavabı yadda saxla” modelini tətbiq edirsə, sabah şagirddən analitik esse tələb etmək ədalətsiz olacaq. Kurikulum yenilənməli, müəllim hazırlığı gücləndirilməli, qiymətləndirmə mədəniyyəti dəyişməlidir. Əks halda yeni model sosial bərabərsizliyi artıra bilər, repetitor bazarı daha da genişlənər.

Digər tərəfdən, Azərbaycan cəmiyyəti imtahan mövzusunda həssasdır. Qəbul sistemi sosial lift funksiyası daşıyır. Ona görə hər dəyişiklik ictimai etimadı qorumaq şərti ilə aparılmalıdır. Pilot layihələr, mərhələli tətbiq, açıq statistika bunlar olmadan radikal addım risklidir".

Biz dəyişməsək, dünya dəyişəcək və bizi geridə qoyacaq

"Süni intellekt dövründə faktı əzbərləmək artıq üstünlük deyil. İnformasiyanı analiz etmək, müqayisə etmək, arqument qurmaq üstünlükdür. Yeni model sadəcə imtahan formatı deyil, düşüncə tərzi dəyişikliyidir. Azərbaycan hazırdırmı? Potensial baxımından bəli. İnstitusional təcrübə, texnoloji imkan və ictimai təhsil ənənəsi var. Amma məzmun baxımından hələ yolumuz var. Ən böyük islahat test kitabçasında yox, sinif otağında başlamalıdır.

Əgər məqsəd həqiqətən gələcəyin vətəndaşını yetişdirməkdirsə, o zaman imtahan sistemi şagirdin yaddaşını yox, düşüncəsini ölçməlidir. Və bu dəyişiklik gec-tez gələcək. Sual yalnız budur: biz onu planlı şəkildə edəcəyik, yoxsa gecikmiş reaksiya ilə?"

Oxşar xəbərlər

Bütün xəbərlər