Xəbər lentiwidget-title-icon

Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA

Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi

Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları təsdiq edilib.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Beynəlxalq standartın dövlət standartı kimi qəbul edilməsi əsasları aşağıdakılardır:

- standartlaşdırma obyektlərinə dair qüvvədə olan dövlət standartının olmaması və ya mövcud dövlət standartının beynəlxalq standartlarla ziddiyyət təşkil
etməsi;

- Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarda üzvlüyü;

- müvafiq beynəlxalq standartın qəbulu və ölkədə tətbiqi üzrə öhdəliklərin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit
olunması.

- Dövlət standartı kimi qəbul edilən beynəlxalq standartlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və qüvvədə olan texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə zidd olmamalıdır.

Beynəlxalq standart müəlliflik hüquqlarının qorunması ilə əldə olunmalı, müvafiq beynəlxalq standartın orijinal nüsxəsinin birbaşa dövlət standartı kimi qəbul edilməsi istisna olmaqla, rəsmi nəşrlər əsasında tərcümə edilməlidir. Beynəlxalq standartların tərcüməsini maraqlı tərəflər və müraciəti təqdim edən texniki komitə təmin edir və onun autentikliyi milli standartlaşdırma qurumu tərəfindən təsdiq olunur.

Təsərrüfat subyektləri tərəfindən standartların rəsmi nəşri müvafiq qaydada milli standartlaşdırma qurumuna təqdim olunmadıqda onların tətbiqinə icazə verilmir.

Beynəlxalq standartların dövlət standartı kimi qəbul edilməsi üç üsulla həyata keçirilir:

- müvafiq beynəlxalq standartın orijinal nüsxəsinin autentik tərcüməsi əsasında dövlət standartının qəbul edilməsi;

- müvafiq beynəlxalq standarta texniki cəhətdən və struktur dəyişikliyi etməklə dövlət standartı kimi qəbul edilməsi;

- müvafiq beynəlxalq standartın orijinal nüsxəsinin birbaşa dövlət standartı kimi qəbul edilməsi.
Müvafiq beynəlxalq standartların orijinal nüsxələrinin birbaşa dövlət standartı kimi qəbul edilməsi onun titul vərəqini və müqəddimə bölməsini dövlət dilinə tərcümə etməklə dövlət standartı kimi qəbul edilməsi yolu ilə həyata keçirilir. Standartın cildində və birinci səhifəsində onun işarəsinin (AZS…) altında mötərizədə beynəlxalq standartın müvafiq işarəsi göstərilir.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, qərar Azərbaycan Respublikasında beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin standartlarının tətbiqi mexanizmini tənzimləmək məqsədi daşıyır. Qərarla həmin standartların dövlət standartı kimi qəbul edilməsi, birbaşa tətbiqi, tərcüməsi, ekspertizası və reyestrə daxil edilməsi qaydaları müəyyən edilir.

Əsas məqsəd beynəlxalq standartların ölkədə tətbiqini sistemləşdirmək, milli qanunvericiliyə və texniki reqlamentlərə uyğunluğunu təmin etmək, eyni zamanda iqtisadiyyatın inkişafı və beynəlxalq inteqrasiyanı gücləndirməkdir. Qərar standartlaşdırma sahəsində şəffaflığı və hüquqi aydınlığı artırır.

Oxşar xəbərlər

Bütün xəbərlər