Xəbər lentiwidget-title-icon

Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA

Təhsilinin sistemli məhvində proqramlar və dərsliklər

Birinci sinif şagirdi üçün məktəb oxumağı öyrənilən yerdir. Qaydanı əzbərləyən yox, mətni anlayan uşaq yetişdirmək məhz bu mərhələdə başlayır. Lakin mövcud sistem bu təbii ardıcıllığı pozur və nəticədə oxuyub-anlama bacarığını inkişaf etdirmək əvəzinə, uşağın beynini vaxtından əvvəl abstrakt dil kateqoriyaları ilə yükləyir.

Tehsilmedia.az xəbər verir ki, hazırda birinci siniflərdə hərflər 5-5 keçilir, oxuma texnikası formalaşmamış, söz ehtiyatı və məna əlaqələri qurulmamış uşaqlara dilçilik anlayışları təqdim olunur. Bu anlayışlar isə nitq hissələri, şəkilçilər, semantik fərqlər, qrammatik kateqoriyalar üzərində quruludur. Uşaq bu anlayışların mahiyyətini qavramaq üçün hələ psixoloji və idraki olaraq hazır deyil.

Sadəcə bir neçə nümunəni sizlərə qeyd edirik:

1. Əks mənalı sözlər
Müəllim deyir: “Əks mənalı söz deyin.”
Uşaq deyir: “Dadlı – dadsız olmaz.”
Uşaq səhv etmir. Çünki o, hələ “dadlı” sözünün sifət olduğunu bilmir, “-sız” şəkilçisinin leksik mənanı necə dəyişdirdiyini anlamır, “əkslik” anlayışını məna münasibəti kimi qavramı. O , sadəcə gündəlik məntiqinə əsaslanır. Amma sistem ondan qrammatik nəticə gözləyir.

2. Yaxın mənalı sözlər
Uşağa deyilir: “Çiy – bişməmiş yaxın mənalıdır.”
Uşaq düşünür: “Eynidir, amma deyil.”
Yenə də haqlıdır. Çünki yaxın mənalılıq tam eynilik deyil, bu isə artıq leksik semantika məsələsidir, uşaq hələ sözün kontekstdə dəyişən mənasını dərk etmir. Ona izah verilmədən nəticə əzbərlədilir.

3. Hərəkət bildirən sözlər
Birinci sinifdə uşaq “hərəkət bildirən söz” anlayışını əzbərləyib. Amma feilin nə olduğu, məsdər, feili bağlama, feili sifət anlayışları ona illər sonra təqdim olunur.

Uşaq sonrakı siniflərdə “Axı biz bunu keçmişdik”deyir, amma əslində keçməmişdi — əzbərləmişdi.

4. Saitlərin növləri – mahiyyəti əzbərçilik
Uşaq saitləri qalın–incə, dodaqlanan–dodaqlanmayan kimi terminlərlə əzbərləyib. Amma səslərin tələffüz fərqini, oxunuşa təsirini, heca quruluşundakı rolunu anlamır.

Bu artıq təlim yox, mexaniki yükləmədir.
Qanuni və pedaqoji baxımdan bu nəyi pozur?

“Təhsil haqqında” AR Qanunu - Təhsil təhsilalanın yaş xüsusiyyətlərinə, psixoloji inkişaf səviyyəsinə uyğun təşkil edilməlidir. Oxuma bacarığı formalaşmamış uşağa abstrakt anlayış,terminoloji yükləmə yaş uyğunluğu prinsipinin pozulmasıdır.

Kurikulumun əsas prinsipi rəsmi sənədlərdə əsas hədəf oxuyub-anlama bacarığının formalaşdırılmasıdır. Halbuki hazırkı yanaşma: oxuma → anlama → qayda ardıcıllığını pozur, qaydanı oxumanın önünə keçirir.

Beləliklə, uşaq oxuyur, amma anlamır. Anlamır, amma əzbərləyib. Əzbərləyir, amma tətbiq edə bilmir. Bu səbəbdən
əvvəlki təhsil sistemində formalaşan oxuyub-anlama bacarığı, hazırkı sistemdə ciddi şəkildə zəifləyib. Bu, müəllimin problemi deyil. Bu, sistem səhvidir.

Birinci sinifdə oxu texnikası, söz ehtiyatı,
məna qurma bacarığı formalaşmadan dil qaydalarının öyrədilməsi uşağın düşünmə mexanizmini zədələyir.

Dil qaydaları oxuma bacarığının üzərində qurulmalıdır. Əks halda uşaq dili öyrənmir, dili əzbərləyib və əzbərlə qurulan təhsil düşünən yox, cavab verən, amma anlamayan nəsil yetişdirir.

Oxşar xəbərlər

Bütün xəbərlər