Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ



Uşaqlarda nitq inkişafı onların ümumi zehni, emosional və sosial inkişafının ən vacib göstəricilərindən biridir. Son illərdə valideynlər arasında nitq problemlərinə qarşı artan həssaslıq müşahidə olunsa da, bu sahədə maariflənməyə ciddi ehtiyac var. Məhz bu məqsədlə 10 ilə yaxındır psixoloq-defektoloq və loqoped kimi fəaliyyət göstərən Aysel Hacıyeva ilə söhbət etdik. O, həm uşaqlarda ən çox rast gəlinən nitq pozuntuları, həm də erkən müdaxilənin əhəmiyyəti barədə ətraflı məlumat verib, valideynlərə faydalı tövsiyələrini bölüşüb. Aysel Hacıyeva eyni zamanda Dövlət İmtahan Mərkəzində də imtahanlara nəzarət bölməsində çalışır. Onunla uşaqlarda rast gəlinən nitq pozuntuları, erkən müdaxilənin əhəmiyyəti və bu sahədəki çətinliklər barədə danışdıq:

– Aysel xanım, loqopedin əsas vəzifələri nələrdir və hansı problemlərlə daha çox rastlaşırsınız?

Loqopedin əsas vəzifəsi nitq, dil, səs və udma pozuntularını diaqnostika edib, fərdi korreksiya proqramı ilə müalicə aparmaqdır. Ən çox qarşılaşdığımız hallar artikulyasiya qüsurları, kəkələmə, gecikmiş nitq inkişafı, dislaliya, autizm spektr pozuntusu, zəka geriliyi və Daun sindromudur. Xüsusilə bu diaqnozlu uşaqlarda anlama və qavrama çətinlikləri ön plana çıxır.

– Uşaqlarda kəkələmə nə zaman normal sayılır və nə vaxt narahatlıq doğurmalıdır?

2–4 yaş arası uşaqlarda danışmaq istəyi ilə əlaqəli yaranan təkrarlar və duruxmalar bəzən inkişafın normal mərhələsi hesab olunur. Lakin bu hal 6 aydan çox davam edərsə və uşağın sosial həyatına təsir etməyə başlayarsa, mütləq şəkildə loqopedə müraciət edilməlidir.

– Kəkələmə daha çox hansı yaş dövründə meydana çıxır?

Bu problem adətən 2–5 yaş arasında, nitqin sürətlə inkişaf etdiyi dövrdə ortaya çıxır. Bu mərhələdə beynin dil mərkəzləri tam formalaşmadığından risk daha yüksək olur.– Sizcə kəkələmənin əsas səbəbləri nələrdir? Genetik, psixoloji, yoxsa neyroloji faktorlar?

Kəkələmə kompleks bir problemdir və tək səbəbi yoxdur. Genetik meyllilik, psixoloji travmalar və sinir sisteminin yetkinləşməməsi əsas səbəblər sayılır. Bəzən bu amillər birgə təsir göstərərək problemi daha da dərinləşdirə bilir.

– Kəkələmə problemi olan uşaqlarla terapiya prosesiniz necə aparılır? Hansı metodlardan istifadə edirsiniz?

Kəkələmə ilə işləyərkən nəfəs və ritm məşqləri, səs uzatma texnikaları, oyun terapiyası və ailə ilə birgə dəstək proqramlarından istifadə edirəm. Əsas məqsəd uşağın özünü ifadə edərkən rahat və sərbəst hiss etməsidir. Ən təsirli və sürətli nəticə verən üsullardan biri isə müasir texnologiyaya əsaslanan nitq və psixoloji aparatlardır. Bu cihazlarla nəticələr daha qısa müddətdə əldə olunur.

– Erkən müdaxilə bu problemin aradan qaldırılmasında nə dərəcədə önəmlidir?

Erkən müdaxilə olduqca vacibdir. Beynin plastiklik dövründə, yəni erkən yaşlarda aparılan müdaxilələr nitq mexanizmlərinin daha tez formalaşmasına və problemlərin xronikləşməsinin qarşısının alınmasına kömək edir.

– Erkən yaşlarda nitq inkişafının zəif olması gələcəkdə hansı çətinliklərə yol aça bilər?

Nitq inkişafının zəifliyi gələcəkdə oxuma-yazma çətinliklərinə, sosial adaptasiya problemlərinə və özünə inamın azalmasına səbəb ola bilər. Bu isə uşağın akademik və şəxsi inkişafına ciddi təsir göstərir.

– Valideynlər uşaqlarının nitq inkişafını necə dəstəkləyə bilərlər?

Valideynlər uşaqları ilə tez-tez danışmalı, suallar verməli, nağıl oxuyub danışdırmalı və ekran qarşısında keçirdikləri vaxtı minimuma endirməlidirlər. Ən əsası isə uşağın danışığını kəsmədən, səbirlə dinləmək çox önəmlidir.

– Valideynlərə və ümumilikdə cəmiyyətə tövsiyəniz nə olar?

Uşağın nitqinə qarşı tələbkar deyil, anlayışlı və dəstəkləyici yanaşmaq lazımdır. Cəmiyyət olaraq bu uşaqları qınamaq əvəzinə onları qəbul edib, sərbəst ifadəyə təşviq etməliyik.

– Sumqayıtda loqopedik xidmətlərə tələbat necədir?

Sumqayıtda bu sahəyə tələbat kifayət qədər yüksəkdir. Nitq qüsurlarına sahib uşaqların sayı artmaqdadır və valideynlər erkən müdaxilə üçün tez-tez mütəxəssislərə müraciət edirlər. Xüsusilə məktəbəqədər yaş qrupu üçün bu ehtiyac daha qabarıq hiss olunur.– Sumqayıtda bu sahədə hansı çətinliklərlə qarşılaşırsınız?

Əsas problemlərdən biri odur ki, ixtisası olmayan şəxslər də bu sahədə fəaliyyət göstərməyə çalışırlar. Bu da həm valideynlərin çaşmasına, həm də peşəkar mütəxəssislərə olan etimadın azalmasına səbəb olur. Digər bir çətinlik isə bəzi valideynlərin uşağın problemini vaxtında qəbul etməməsi və gec müraciət etməsidir. Bu isə terapiya prosesini daha da uzadır və çətinləşdirir.

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

Sağ olun.

Oxşar xəbərlər


Bütün xəbərlər

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB