Xəbər lentiwidget-title-icon

Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI

Elektron diplom, attestat və sertifikatlar... - təhsilalanlara hansı üstünlükləri gətirir?

Yeni qərara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bu qərara tələbələrin əksəriyyəti müsbət yanaşmayıb.

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bəzi ali təhsil müəssisələrində attestat və diplomların verilməsi vaxtında həyata keçirilə bilmirdi:

"Biz ümumiyyətlə beynəlxalq təcrübəyə baxdıqda görürük ki, bir çox ölkələrdə diplomlar və attestatlar elektron formada təqdim olunur. Elektron diplomların bir neçə müsbət tərəfi var. Bunlardan biri vaxt qənaəti və vətəndaşlar üçün rahatlığın təmin edilməsidir. Şəxs diplomunu və ya attestatını vaxtında əldə edir və buna uyğun olaraq növbəti addımlarını ata bilir.

Məsələn, təsəvvür edin ki, tələbə ali təhsil müəssisəsini iyun ayında bitirir, lakin diplomunu oktyabr ayında alırdı. Bu isə tələbənin növbəti təhsil pilləsinə müraciətində problemlər yaradırdı, çünki bəzi beynəlxalq ali təhsil müəssisələri birbaşa diplom tələb edir və diplomun olmaması ilə bağlı verilən arayışları qəbul etmirdilər.

Bəzi ali təhsil müəssisələrində diplom və attestatların verilməsi vaxtında həyata keçirilə bilmirdi. Universitet diplomu oktyabr ayında təqdim edirdi, lakin tələbə magistratura pilləsinə müraciət üçün diplomunu iyun ayında təqdim etməli olurdu və bunu edə bilmirdi.

Mövcud qaydalara əsasən isə artıq 10 iş günü ərzində tələbənin diplomu elektron, rəqəmsallaşdırılmış formada təqdim olunacaq. Tələbə bu elektron diplomdan istənilən təhsil pilləsinə, o cümlədən magistratura səviyyəsinə müraciət zamanı istifadə edə biləcək".

Rəqəmsallaşdırılmış diplomlar tələbələr üçün perspektivli imkanlar yaradacaq:

"Elektron diplomların müsbət tərəflərindən biri də saxtakarlığın qarşısının alınmasıdır. Kağız formatında diplomları saxtalaşdırmaq nisbətən asandır. Rəqəmsallaşdırılmış diplomlar isə üzərindəki xüsusi QR-kod vasitəsilə onların həqiqiliyinin və qanuniliyinin müəyyənləşdirilməsinə imkan verir. QR-kod oxunduqda həmin diplomun hansı qurum tərəfindən verildiyi aydın şəkildə müəyyənləşir, bu isə saxtakarlığın qarşısının alınmasına ciddi töhfə verəcək.

Müsbət tərəflər çoxdur. Rəqəmsallaşdırılmış diplom tələbələr üçün istənilən sahədə perspektivli imkanlar yaradır. Elektron diplomdan rahat şəkildə istifadə etmək mümkündür. Məsələn, hazırda hərbi xidmətlə bağlı müəyyən problemlər mövcuddur. Diplomun fiziki olaraq təqdim edilməsi bəzi hallarda vaxt aparırdı. Lakin diplomun 10 iş günü ərzində elektron formada əldə olunması tələbənin diplomu vaxtında təqdim etməsinə imkan verəcək.

Praktikada tələbə hərbi xidmətə gedərkən valideyninə etibarnamə verməli olur, sonra universitetdən diplomunu götürüb aidiyyəti qurumlara təqdim etməli idi. Bu isə əlavə vaxt və çətinlik yaradırdı. Artıq buna ehtiyac qalmayacaq. Elektron diplom birbaşa və rahat şəkildə hərbi xidmətə də təqdim oluna biləcək. Bu isə həm vaxt qənaətinə, həm də proseslərin daha operativ həyata keçirilməsinə müsbət təsir göstərəcək".

Oxşar xəbərlər

Bütün xəbərlər