Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Azərbaycanda yaşayan domların folklor nümunələri tədqiq olunub

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azsaylı xalqların folkloru” seriyasının VII cildi nəşr olunub.

İnstitutdan bildirilib ki, nəşr Azərbaycanda yaşayan dom (qaraçılar) etnik qrupunun folklorunun toplanması və elmi tədqiqinə həsr edilib.

Kitabda domların etnik həyatı, təsərrüfat fəaliyyəti və məişəti haqqında məlumatlar təqdim olunub, eyni zamanda, onlardan toplanmış folklor nümunələri yer alıb. Tədqiqat materialları əsasən Ağsu, Ağdaş, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında məskunlaşmış dom icmalarından qeydə alınıb. Domların verdikləri məlumatlara əsasən, bu etnik qrup müxtəlif tayfa və təbəqələrdən təşkil olunub: əmirlilər, qaralar, sarılar, bədirkilər, leştanlılar, iranlılar və s. Tayfalar, adətən, nəsil mənsubiyyətinə görə deyil, rənginə və coğrafi mənşəyinə görə adlandırılıb.

Domların Azərbaycanda məskunlaşması 1956-cı ilin oktyabrında SSRİ Ali Sovetinin SSRİ ərazisində yaşayan köçəri tayfaların oturaqlaşdırılması ilə bağlı qəbul etdiyi qərardan sonrakı dövrə təsadüf edir. Məlumata görə, hər tayfa məskunlaşma zamanı sıx əlaqədə olduğu bölgəni seçib. Oturaq həyata keçid mərhələsində dövlət tərəfindən onlara müəyyən imtiyazlar verilib, o cümlədən beş il müddətinə hərbi xidmətdən azad edilib. Folklor ekspedisiyası zamanı aparılmış müşahidələr göstərir ki, domların yaşlı nəsli uzun müddət yeni həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkmiş, köçəri həyatı arzulamışlar. Lakin xam torpaqlara sürgün olunacaqlarından ehtiyat edərək bu həyatla barışmış və tədricən oturaq həyata alışmışlar.

Yerli əhali ilə eyni dildə danışmalarına və oxşar adət-ənənələri daşımalarına baxmayaraq, domlar özlərini yerli əhalidən fərqləndiriblər. Özlərindən olanlara dom, pancım, olmayanlara isə tayı, pincilə demişlər. Tayı dedikdə hansısa bir qövmü deyil, irq, milliyyət ayrı-seçkiliyi qoymadan dom olmayan hər kəsi nəzərdə tutublar. Domların uzun müddət digər icmalara qapalı olmaları, özlərinə məxsus peşə sahələrini (ələkçilik, falçılıq, küçə rəqqaslığı və s.) yaşatmaları, dünyanı dom- tayı, pancım – pincilə kimi fərqli qütblərə ayırmaları onların etnik kimliyinin qorunub saxlanmasında mühüm rol oynayıb.

Domların danışıq dili Azərbaycan dilidir. Toplanmış folklor materialları və dil faktlarının təhlili göstərir ki, domlar arasında vahid dialekt mövcud deyil. Onların danışıq dili əsasən məskunlaşdıqları bölgələrin ləhcələrinə uyğun formalaşıb. Bununla yanaşı, məişətdə öz aralarında istifadə etdikləri və “dom dili” adlandırdıqları leksik vahidlər mövcuddur. Bu dilə müstəqil dil kimi baxmaq mümkün deyil, çünki qrammatik və sintaktik quruluşu Azərbaycan dilinin imkanları əsasında qurulub. Söz ehtiyatı o qədər zəngin deyil, bəzən eyni sözlə bir neçə məfhum ifadə olunur. Topluda dom dilinə məxsus təxminən 200 söz, ifadə və cümlə təqdim edilib. Söz ehtiyatının məhdud olması bu dildən yalnız məişət səviyyəsində istifadə olunmasına imkan verib.

Kitabda Ağsu, Ağdaş, Yevlax və Bərdə rayonlarında məskunlaşmış domlardan yazıya alınmış əfsanə və rəvayətlər, nağıllar, lətifələr və inanclar yer alıb. Tədqiqat zamanı müəyyən edilib ki, domların özlərinə məxsus folklor nümunələri yoxdur, onlardan qeydə alınmış mətnlər Azərbaycan folklor nümunələrdir. Amma toplanmış nümunələrdəki söyləyici təhkiyəsinin gözəlliyi, epik təsvirlərin genişliyi domların Azərbaycan folklorunun usta daşıyıcıları və biliciləri olduqlarını göstərir. Toplanmış materiallar arasında həm ənənəvi süjetlərin maraqlı variantlarına, həm də yeni süjetlərə rast gəlinir.

Nəşrdə, həmçinin Yevlax rayonunda məskunlaşmış kürddilli, Balakən və Qax rayonlarında yaşayan farsdilli qaraçılardan toplanmış folklor nümunələri də yer alıb. Materialları toplayıb tərtib edən və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.

Oxşar xəbərlər

Bütün xəbərlər