Xəbər lentiwidget-title-icon

117 saylı bağçada "ölü canlar" şəbəkəsi - İDDİA
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?

Adəm İsmayıl Bakuvi: “Azərbaycan Ağdamın sadəcə küçələrini və binalarını deyil, həm də bu şəhərin ruhunu bərpa edir”

“Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Ağdam faciəsi bu gün qürurlu bir dirçəliş dastanına çevrilib. Ağdamın işğaldan azad olunması yalnız bir rayonun deyil, bütün Azərbaycanın milli qürurunun, ədalətin və əzminin bərpası deməkdir. 20 noyabr – Ağdam şəhəri günü artıq təkcə xatirə deyil, həm də Zəfər dövrünün təntənəsidir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ifadə edib.

Daha sonra partiya sədri fikirlərini davam etdirərək bildirib ki, XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın bu ərazidə ağ daşdan imarət tikdirməsi, şəhərin adının mənşəyinə öz izini qoyub: “Ağdam-ağ daşlardan tikilmiş, günəş şüaları ilə nurlanmış “ağ ev” deməkdir. Bu mənada Ağdam qədim türklərin müdafiə, mədəniyyət və estetik düşüncəsinin bir rəmzidir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1094 kvadrat kilometr ərazisi olan rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Bu torpaq həm təbiət gözəlliyi, həm də mədəni zənginliyi ilə seçilir. Bura qədim Azərbaycan mədəniyyətinin beşiyidir, qədimdən bəri kənd təsərrüfatı, ipəkçilik və sənətkarlıq mərkəzi kimi tanınıb. XX əsrin ortalarından aparılan elmi-arxeoloji qazıntılar göstərib ki, Ağdam ərazisində hələ 6–8 min il əvvəl insanlar məskunlaşıb, əkinçilik və maldarlıqla məşğul olublar. Üzərriktəpə abidəsi Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri kimi tanınıb. Burada tapılan qədim taxıl və üzüm dənələri, keramika nümunələri və tikili qalıqları bu torpağın sivilizasiya mərkəzi olduğunu sübut edir. Lakin erməni qəsbkarları keçən əsrin sonlarında öz vandallıqlarını və heç bir tarixi irsə dəyər vermədiklərini bir daha bütün dünyaya göstərdilər. Ağdamın işğalı yandırılmış torpağın fəryadı oldu. 1993-cü ilin iyulunda Ermənistan silahlı qüvvələri tərəfindən Ağdamın 73 faizi işğal edildi. 90 kənd, rayon mərkəzi, 74 məktəb, 271 mədəniyyət evi, unikal Çörək Muzeyi, 38 kolxoz, 12 sənaye müəssisəsi yerlə-yeksan olundu. 128 min ağdamlı doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşadı. 6 mindən çox insan şəhid oldu. Ağdam bir şəhər deyil, bir millətin yanar yaddaşına çevrildi. 1993-cü il 29 iyulda BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Qətnamədə “işğalçı qüvvələrin Ağdam və digər Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb olunsa da, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadı. Dünyanın gözü önündə Ağdam-Qafqazın Xirosimasına çevrildi. Ermənistanın işğal dövründə törətdiyi müharibə cinayətləri – mədəni və dini abidələrin dağıdılması, yer adlarının dəyişdirilməsi, kəndlərin yandırılması, qəbiristanlıqların təhqiri – bəşəriyyətə qarşı cinayət idi. Ağdamın siması o illərdə bəşəri vicdanın sınaq meydanına çevrildi.”
Müsahibimiz onu da deyib ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsinin rəsmi təsdiqi oldu:
imzalanan üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsinin rəsmi təsdiqi oldu: “20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan, diplomatik və hərbi üstünlüyün gücü ilə azad olundu. Bu, Azərbaycan diplomatiyasının müdrik qələbəsi idi. Azərbaycan Ordusunun igid hərbçilərinin qəhrəmanlığı dövlət səviyyəsində qiymətləndirildi. Cənab Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi və 5790 hərbi qulluqçu bu mükafata layiq görüldü. Bu medal təkcə döyüş şücaətinin deyil, həm də milli qürurun nişanəsidir. İşğaldan sonra Ağdam xarabalığa çevrilmişdi. Lakin bu gün həmin torpaq yenidən dirçəlir. 2021-ci ilin 28 mayında təqdim olunan Baş Plana əsasən, Ağdam şəhərində 5 müasir məhəllə salınır. Artıq 2-ci məhəllədə 66 bina tikilir, gələn ilin payızında ilk köç planlaşdırılır. Xıdırlı, Kəngərli, Sarıcalı kimi kəndlərdə bərpa işləri aparılır. Ağdam artıq kül içindən doğan bir şəhərdir – təkcə binalar deyil, ruh bərpa olunur. Ağdamın azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bu müqəddəs torpağa səfər edib. 23 noyabr 2020-ci ildə ucaldılan Azərbaycan Bayrağı azadlığın simvoluna çevrildi. Sonrakı illərdə dövlət başçısının Ağdama hər səfəri yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu. Cənab Prezidentin iştirakı ilə Bərdə–Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, Zəfər və İşğal muzeylərinin, Ağdam məktəblərinin, Cümə məscidinin, İmarət Kompleksinin, Ağdam-Füzuli avtomobil yolunun, Xaçınçay su anbarının və bir çox kəndlərin təməlqoymaları həyata keçirildi. 2024-cü ilin aprelində cənab Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Ağdama birgə səfər edərək Cümə məscidinin açılışında iştirak etdilər – bu hadisə həm dini, həm də siyasi məna daşıyırdı: Qarabağ artıq sülhün, əməkdaşlığın və dirçəlişin mərkəzinə çevrilmişdir. Bu gün Ağdamda Konfrans Mərkəzi, “Aghdam City Hotel”, İmarət stadionu, Sənaye Parkı, dördüncü və beşinci yaşayış kompleksləri kimi layihələr həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam Azərbaycanın iqtisadi, mədəni və texnoloji inkişaf xəritəsində ön sıralara yüksəlir. Ağdam bu gün həm Zəfərin, həm quruculuğun, həm də əzmkar millət ruhunun rəmzidir. Dağıdılmış şəhərin yerində yüksələn yeni Ağdam bir mesaj verir: Azərbaycan xalqı öz torpağında əbədi var olacaq” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər