Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

Azərbaycan Universiteti və Qazaxıstanın Şimkent Universiteti əməkdaşlığa başlayır

Azərbaycan Universiteti ilə Qazaxıstanın Şimkent Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Universitetindən bildirilib ki, memorandum tərəflər arasında akademik əlaqələrin qurulmasını və genişləndirilməsini, müəllim, tələbə və işçi heyətinin mübadiləsini, birgə elmi-tədqiqat layihələrinin hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur.

İmza mərasimindən əvvəl nümayəndə heyətləri arasında görüş olub. Görüşdə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib və memorandumdan irəli gələn vəzifələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və beynəlmiləlləşmə siyasətinin prioritet istiqamətləri haqqında məlumat verib. Rektor qeyd edib ki, prioritet istiqamətlərdən birini türk dövlətlərinin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması təşkil edir. Dünyada mühüm ictimai-siyasi proseslərin getdiyi bir dövrdə türk dövlətləri bir-biri ilə əməkdaşlığı daha da gücləndirməli, Türk dünyasının ortaq maraqlarını qorumaq baxımından daha sıx birləşməlidirlər. Son illərdə türk dövlətləri arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir, ölkə rəhbərlərinin intensivləşən qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşdiyinin bariz göstəricisidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində möhkəmlənən münasibətlər ali təhsil müəssisələri arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır, universitetlər bu prosesdə fəal iştirak etməlidirlər.Elmi işlər üzrə prorektor Yusif Qasımov elmi fəaliyyətin təşkili və universitetin beynəlxalq reytinqlərdəki mövqeyi, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva əcnəbi vətəndaşların qəbulu, beynəlxalq ikili diplom proqramları, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova isə beynəlmiləlləşmə siyasəti haqqında ətraflı məlumat veriblər.

Şimkent Universitetinin rektoru Nurlıbek Seitkulov rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında məlumat verib. Rektor beynəlmiləlləşmə və mobilliyin universitetin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb, imzalanan memorandumun hər iki tərəf üçün uğurlu olacağına inandığını bildirib.

Görüşdə Şimkent Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin koordinatoru Assel Auyelbekova və Türkiyənin Ankara Universitetinin dosenti Sevil Piriyeva da iştirak ediblər.

Memorandumu Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Şimkent Universitetinin rektoru Nurlıbek Seitkulov imzalayıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər