Xəbər lentiwidget-title-icon

Tələbə və məzunların əmək bazarına inteqrasiyasına xidmət edən “Karyera Həftəsi”nə start verilib
Oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim keçiriləcək
Dövlət Proqramı İdarəetmə Qrupunun YENİ RƏHBƏRİ
Təhsildə YENİ MODEL təklifi - universitetə qəbul üçün tək imtahan...
Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır
Bu olimpiadalara buraxılış vərəqələri verilir
Zərifə Əliyevanın doğum günüdür
Azərbaycan dilinin qrammatikası yenidən hazırlanır: dərsliklər dəyişəcəkmi?
“Sərhədləri Aşan Gənclər” Forumu uğurla baş tutdu
Tanınmış Jurnalist Məleykə Abbaszadəni müəllimlər haqqında fikirlərinə görə sərt tənqid etdi-VİDEO
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Blok imtahanına səhv qeydiyyatdan keçənlərin diqqətinə - ərizəni belə dəyişin
İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL
Buraxılış imtahanına xarici dilin salınmasının əleyhinə idim - DİM sədri
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
TƏBİB-də rəhbər dəyişiklikləri: İslahatlar fonunda "Peşəkar Kadr" ehtiyacı
Braziliyada Azərbaycan gecəsi: milli mətbəx, musiqi və mədəni diplomatiya
"Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir - Prezident

Azərbaycan Universiteti ilə İETİ arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Universiteti ilə İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu (İETİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri, iqtisad elmləri doktoru, professor Şahin Sadıqov imzalayıblar.

AzEdu.az xəbər verir ki, imza mərasimindən əvvəl tərəflər arasında görüş olub. Görüşdə hər iki qurumun rəhbərliyi və nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, prioritetləri və stratejik hədəfləri, beynəlmiləlləşmə istiqamətində görülən işlər haqqında məlumat verib, yerli və beynəlxalq əməkdaşlıqların kadr hazırlığında mühüm rolunu vurğulayıb. Elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov universitetin elmi fəaliyyəti, beynəlxalq reytinqlərdəki mövqeyi, elmmetrik bazalardaki göstəriciləri haqqında məlumat verib. Prorektor memorandumun elmi kadr hazırlığında mühüm addım olduğunu bildirib.

İETİ İdarə Heyətinin sədri Şahin Sadıqov institutun tarixi, fəaliyyət istiqamətləri, elmi- tədqiqat işlərinin təşkili, uğurları, beynəlxalq əlaqələri, ölkənin sosial-iqtisadi inkişaf mənzərəsini əks etdirən, iqtisadiyyatın ayrı-ayrı sahələri və sahibkarlığın inkişafı üzrə nəşrləri, formalaşan iqtisad məktəbləri və hədəfləri haqqında danışıb. Şahin Sadıqov universitet ilə əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib. Görüş qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Universiteti ilə İETİ arasında imzalanan memoranduma görə tərəflər birgə tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların inkişaf etdirilməsi, elmi və akademik sahələrdə də təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə simpozium, seminar və konfransların təşkil edilməsi, birgə elmi nəşrlərin və analitik hesabatların hazırlanması, beynəlxalq və regional qrant və layihələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması, gənc tədqiqatçıların və doktorantların elmi fəaliyyətinin dəstəklənməsi, həmçinin elm və təhsil sahəsində qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Bütün xəbərlər