Xəbər lentiwidget-title-icon

Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı
“Sağlam məktəbli” layihəsi yeni tədris ilində də davam edir

Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır



Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır

Tarixən hər bir xalqın tarixi ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində öz yerini tutmuşdur.

Tarixə nəzər salsaq görərik ki, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq, yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.

Bu mənada həyatını öz xalqına, Azərbaycanın inkişafına və dövlətinin möhkəmlənməsinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi uzaqgörənliyi, müdrikliyi, zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ulu Öndər, Ümummilli Lider zirvəsinə yüksəlmişdir.

İlk olaraq Konstitusiyanın qəbulu Azərbaycanda insan haqlarının hüqqi bazasını rəsmiləşdirmişdirmişdir. Xatırladaq ki, Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur.

Bu baxımdan xatırlatmaq yerinə düşər ki, Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük uğuru quruculuğuna bilavasitə rəhbərlik elədiyi və xalqımıza bəxş etdiyi qüdrətli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.

Ədalət dedikdə, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlər göz önünə gəlir.

Bildirək ki, hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur.

Bu bir faktdır ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplərinə söykənməklə vətəndaşın azadlığının və təhlükəsizliyinin prinsiplərini əsas götürərərək demokratik vətəndaş cəmiyyətinin formalaşmasında mühüm işlər görüb. Demokratik vətəndaş cəmiyyətinin formalaşmasında istinad olunan prinsiplər qanunlar üzərində qurulmuş ədalətdir.

Haqqa, hüquqa və düzgünlük prinsiplərinə, ədalətin və vətəndaşın gözü ilə baxsaq görərik ki, bütün hallarda dövlət vətəndaşının qarantı olmalıdır. Bu birmənalıdır. Bu mənada müasir tələblərə uyğun qanunlara əlavə və dəyişikliklərin edilməsi dövlətin vətəndaş qarşısında götürdüyü öhdəliklərin miqyasını genişləndirir və məsuliyyətini daha da artırır.

Hətta bunu xatırlamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında “vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirlməsinə nail olmaq” barədə tələblər xüsusi vurğulanıb.

Əlbəttə ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bir daha onu göstərdi ki, bu sahəyə dövlət tərəfindən diqqət daima əsas prioritetlərdən biri kimi dəyərləndirilir.



Söz azadlığı ilə bağlı atılan addım



Tarixə nəzər salsaq bir daha görərik ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bundan başqa, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə məlumat əldə etmək və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi təsbit edilib. 1998-ci ildə KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv olunub. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, sonrakı illərdə isə medianın fəaliyyətini tənzimləyən digər çoxsaylı demokratik qanunlar qəbul edilib.

Növbəti bir hadisə isə söz azadlığı ilə bağlı atılan addım olub. Bu mənada Azərbaycanda medianın inkişafına kömək ola biləcək qanundakı dəyişikliyi göstərmək olar. Media subyektlərinin informasiya almaq və yaymaq imkanlarına dair qanunvericilkidə dəyişikliyin edilməsi bu sahənin dünya standartlarına uyğulaşdırılması imkanlarından istifadənin yollarını açdı. Həmçinin informasiya almaq və yaymaq imkanlarının qarşısında olan bütün maneələrin aradan qaldırılmasına şərait yaratdı. Və bu istiqamətdə Ombudsmanın üzərinə düşən hüquq və vəzifələri artırdı.



Vətəndaş cəmiyyəti, bu sahənin formalaşmasna hüququn gözü ilə baxmağı şərtləndirir



QHT-nin qanunvericilik bazasının yaradılmasında Heydər Əliyevin məsləhət və tövsiyələrinin böyük əhəmiyyət olub. Bu mənada vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolunun vacibliyi, bu sahəyə olan diqqəti bir daha gündəmə gətirmişdir. Bunula da Dövlət idarəetməçilikdə iştimai iştirakçılığın və vətəndaş cəmiyyətinin ölkənin inkişafında böyük rol oynadığını əsas götürərək, bu sahəyə uyğun qanunvericiliyin mütərəqqi hala gətirilməsi və strukturunun yaradılması barədə adıımlar atıldı. Və qanunla tənzimləndi. Cənab Prezident İlham Əliyevin fərmanı ilə struktur formalaşdı.



Ulu Öndər ölüm hökmünü ləğv etməklə Azərbaycanın adını Şərqdə ilk ölkə olaraq tarixə saldı



Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Azərbaycan Respublikasının Milli Məclisinə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul etmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirmişdir.



“Konstitusiya və Suverenlik İli”



Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Vətən müharibəsində əldə edilən zəfər “Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqlədi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin sarsılmaz olduğunu göstərdi.

Dövlətimiz Müzəffər ordusu ilə öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Ermənistan qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlamışdır. Bu antiterror əməliyyatı cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış, əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.

Xatırladaq ki, Azərbaycan xalqı tarixi mübarizəsi nəticəsində suverenliyini bərpa edərək müstəqil dövlət qurmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır.



Subut Mehdiyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxşar xəbərlər


Bütün xəbərlər

Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA