Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Türkiyə və Azərbaycan universitetləri birgə konfrans keçirib - FOTO

16-18 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli” çərçivəsində 17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Azərbaycan-Türkiyə əməkdaşlığı: İKT, energetika, loqistika və ekoloji mühit” mövzusunda  elmi-praktik konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, ˝ZOOM˝ platforması üzərindən onlayn formatda keçirilən konfransda hər üç ali təhsil müəssisəsinin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Konfransın açılışında çıxış edən Qazi Universitetinn rektoru Musa Yıldız,  AzTU-nun rektoru Vilayət Vəliyev və MDU-nun rektoru Şahin Bayramov iki qardaş ölkənin tərəfdaş universitetləri arasında əməkdaşlığın davamlı inkişafından məmnunluqlarını bldiriblər. Diqqətə çatdırılıb ki, hər il mayın 17-də qeyd olunan Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü bu il "İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə ən az inkişaf etmiş ölkələrin imkanlarının artırılması” mövzusuna həsr olunub. Bu günün beynəlxalq səviyyədə qeyd olunması cəmiyyətlərin informasiya-kommunikasiya texnologiyalarından istifadənin verdiyi imkanlara, eləcə də rəqəmsal fərqliliyin aradan qaldırılmasına  diqqətini çəkmək məqsədi daşıdığı bildirilib. Bu kontekstdə "Heydər Əliyev İli” çərçivəsində keçirilən üçtərəfli elmi tədbirin önəmini vurğulayan rektorlar, habelə, regionda İKT, energetika, loqistika və ekologiya sahəsində mövcud əməkdaşlıq imkanlarının və perspektivlərinin dəyərləndirilməsi baxımından konfransın əhəmiyyətindən danışıblar və iştirakçılara uğurlar arzulayıblar.

Sonra konfrans 3 bölmə iclası ilə işini davam etdirib.

Konfransın "İnformasiya Kommunikasiya Texnologiyaları” adlı bölmə iclası mayın 16-da MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyevanın moderatorluğu ilə keçirilib. Bölmə iclasında Qazi Universitetindən professor Ayhan Erdem "İnformasiya texnologiyalarının gələcəyi və generativ əvvəlcədən təlim edilmiş transformator”, professor Ercan Nurcan Yılmaz "Kritik infrastrukturlar və bu infrastrukturlarda kibertəhlükəsizlik”, professor Ali Akçayol "Süni intellekt keçmiş, indi və gələcəkdə”, dosent Sinan Toklu "Artırılmış reallıq”, AzTU-dan dosent Yadigar İmamverdiyev "Eks-sovet ölkələrində kriptoqrafik tədqiqatların vəziyyəti”, Adilə İmamverdiyeva "Zərərli proqramlarının analizinin tədris kursu haqqında” və MDU-nun müəllimi Məryəm Əsədova "Müxtəlif tətbiq səviyyələrində ağıllı şəhər hücum vektorlarının tədqiqi” mövzusunda məruzələrlə çıxış ediblər.

Mayın 17-də Qazi Universitetinin MDU-da fəaliyyət göstərən dosenti Sinan Toklunun moderatorluğu ilə "Energetika və Loqistika” adlı bölmə iclası keçirilib. Bölmə iclasında Qazi Universitetindən professor Mustafa İlbaş "Türk dünyası enerji əməkdaşlığı: potensial imkanlar və təkliflər”, dosent Serhat Karyeyen "Elektrik Stansiyaları və əsas prinsiplər”, MDU-dan Liliya Süleymanova "Elektroenergetikanın ekoloji məsələlərinin həlli üzrə kompleks effektiv üsullar”, Səadət Şıxəliyeva "Еnerji resurslarından səmərəli istifadədə kombinəedilmiş buxar-qaz qurğularının rolu”, Qaragöz Kərimov "Azərbaycan regionun nəqliyyat-logistika mərkəzi kimi: reallıqlar və perspektivlər”, AzTU-dan Əzimə Abbasova "Enerji sektorunda ağıllı müqavilələrin tətbiqi imkanları”, dosent Fuad Daşdəmirov "Azərbaycan Respublikasında logistik imkanlar: problemlər və perspektivlər” və Fərid Qasımlı "Milli radio-monitorinq sisteminin konseptual arxitekturası” mövzusunda məruzələrlə çıxış ediblər.

Mayın 18-də AzTU-nun dosenti Yadigar İmamverdiyevin moderatorluğu ilə "Ekoloji mühit” adlı bölmə iclası keçirilib. Bölmə iclasında Qazi Universitetindən professor Cemal Yılmaz "Bərpa olunan enerji mənbələrinin ətraf mühitə təsirləri”, professor Yusuf Sönmez "Bərpa olunan enerji mənbələrinin ətraf mühitə təsirləri”, AzTU-dan professor Fəxrəddin Yusubov "Azərbaycan Respublikasında suların təmizlənməsi texnologiyasının hazırlanması və tətbiqi”, Nəcibə Şirinova "Ətraf mühitin mühafizəsinin ən əlverişli üsulu – tullantıların təkrar emala cəlb olunması”, MDU-dan Aytac Cavadova "Heydər Əliyevin zəngin siyasi irsində ekoloji tarazlığın bərpa edilməsi prioriteti”, Leyla Əhmədova "Qlobal iqlim dəyişikliyinin ətraf mühitə təsiri” və Gülmirə Məmmədova "Meliorasiya və suvarma sahəsində Heydər Əliyevin dayanıqlı siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da ˝Heydər Əliyev İli˝ çərçivəsində müxtəlif formatlı tədbirlər keçirilir.

Oxşar xəbərlər

Bütün xəbərlər