Xəbər lentiwidget-title-icon

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK
Bu gün 9 və 11-ci siniflərin imtahan GÜNÜDÜR
Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili əsas məqsədimizdir - Araz Paşayev
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
Aprelin 5-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ elan olundu
Səkkiz şagird 300 bal topladı - 7-si QIZDIR
Elm və təhsil sahəsində media və kommunikasiya üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün FÜRSƏT
TKTA saxta diplomlarla bağlı müraciət etdi
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır
Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq imzalanıb
Qobustan məktəbində ingilis dili gecəsi maraqla qarşılandı
Psixoloqdan valideynlərə üç vacib məsləhət
"Bəzi müəllimlər bu prosesi ağır keçirəcək" - Əməkdar müəllim
Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq – QƏRAR
Firudin Qurbanov: Media savadlılığı yeni dövrün əsas tələbinə çevrilir
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanIarın SAYI
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür

"Müəllimlərdə tükənmişlik sindromu olur, sinifi idarəetmə problemləri yaranır" - AÇIQLAMA

Milli Məclisin komitə sədri Hicran Hüseynova parlamentdə çıxışı zamanı bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalı və uşaq bağçalarında, təhsil müəssisələrində psixoloji xidmət təşkil olunmalıdır.

Redaktor.az-a açıqlama verən "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu qeyd etdi ki, bu istəklər hazırkı təhsil sisteminin ən real və təxirəsalınmaz ehtiyacları ilə üst-üstə düşür.

"Məktəbəqədər təhsil müəssisələrinin sayı niyə artırılmalıdır? Məktəbəqədər təhsil almadan birinci sinifə gələn uşaqlarla bağçaya gedən uşaqlar arasında inkişaf fərqi çox böyük olur. İstər nitq olsun, istər sosiallaşma, diqqət, özünü ifadə, hətta motor bacarıqları baxımından da fərqlər yaranır. Bu fərq təhsilin ilk illərindən başlayaraq yuxarı siniflərə qədər davam edir.

Böyük şəhərlərdə uşaqların bağçaya qəbulu problemə çevrilib, yerlər məhduddur. Xüsusilə işləyən valideynlər üçün dövlət bağçalarının çatışmazlığı daha ciddi sosial yük yaradır. Dünya Bankı və UNESCO-nun araşdırması var idi. O araşdırmalara görə, məktəbəqədər təhsilə yatırılan hər bir manat gələcəkdə altı-yeddi manat iqtisadi qazanc kimi geri qayıdır, çünki çox erkən yaşda təməl bacarıqlar formalaşdırılır".Müsahibimiz bağçalarda və məktəblərdə psixoloji xidmətin təşkilindən də danışdı:

"Bu məsələ daha da təxirəsalınmaz və vacibdir. Uşaqların emosional və sosial rifahı baxımından çox önəmli hesab olunur. Son illərdə aqressiya halları, diqqət pozuntuları, nitq gecikmələri, məktəb fobiyası, sosial adaptasiya problemləri çox artıb. Yəni həddən artıq artıb və bu artıq həyəcan siqnalı verir. Bunların çoxu erkən yaşda aşkarlanarsa, tam həll oluna bilər. Gecikdikcə isə illərlə davam edən çətinliyə çevrilir.

Məktəb daxilində psixoloji xidmət yalnız uşağa göstərilməməlidir, müəllimlərə və valideynlərə də göstərilməlidir. Müəllimlərdə tükənmişlik sindromu olur, sinifi idarəetmə problemləri yaranır. Valideynlərə isə tərbiyə modelləri barədə psixoloji dəstək göstərilməlidir. Dünyada qəbul olunmuş standartlara görə, məktəblərdə daimi psixoloqun olması riskli davranışları erkən aşkar edir, müdaxilə planı hazırlayır və məktəbin ümumi psixoloji mühitini izləyir".

Rizvan Fikrətoğlunun sözlərinə görə, Azərbaycanda bir çox məktəbdə psixoloq ya yoxdur, ya da formal şəkildə var; yəni psixoloq var, fəaliyyəti yoxdur.

"Deputat Hicran Hüseynovanın səsləndirdiyi təkliflər reallıqda ölkəmizin təhsil və sosial siyasətində strateji boşluqları dolduran məhz o istiqamətlərdir ki, həm sosial, həm də iqtisadi baxımdan yüksək səmərəlilik verər. Bu iki yanaşma olarsa, uşaqlar daha sağlam inkişaf edər, müəllim və valideynlərin yükü xeyli azalar, məktəb mühitində davranış problemləri əhəmiyyətli dərəcədə azalar və təhsil sistemində bərabər imkanlara doğru real addımlar atılmış olar.

Tutalım siz bir anasınız və uşağınızı bağçaya qoya bilməmisiniz. Görün, siz nə qədər geri düşürsünüz, işdən çıxmalısınız və uşağı özünüz baxmalısınız. Nəzərə alsaq ki, hazırda əməkhaqqı sistemi o qədər mükəmməl deyil, uşağınızı dayə yanına qoysanız, dayənin xərci gəlib sizin əmək haqqınızdan yüksək olacaq və bu sizə sərf etməyəcək. İşdən çıxanda yeni bir iş tapmaq, yeni iş mühitinə adaptasiya - bu kimi problemlərlə qarşılaşacaqsınız. Görün, nə qədər bağça mühiti sizi qabağa atır", - deyə ekspert yekunlaşdırdı.

Oxşar xəbərlər

Bütün xəbərlər