Direktorların adının rüşvətlə hallanmasının əsl səbəbi
Bu gün məktəblərdə direktorların adı rüşvətlə hallanırsa, bunun əsas səbəbi təkcə direktorlar deyil – ETN və Regional Təhsil İdarələrinin onlara verdiyi dolayı və birbaşa tapşırıqlardır. ETN, MÜTDA, ARTİ direktorları məcbur edir. Direktorlar çox vaxt öz istəkləri ilə deyil, yuxarıdan gələn göstərişləri yerinə yetirməyə məcbur olduqları üçün müəyyən ödənişlərin yığılması və ya hansısa proseslərin həyata keçirilməsi qaçılmaz hala çevrilir.
Tehsilmedia.az bildirir ki, cəmiyyət məsələni direktorun şəxsi seçimi kimi qiymətləndirsə də, əslində onlar “əmr quluna” çevrilmiş vəziyyətdədirlər. Tapşırığa əməl etməyən direktor dərhal hədə-qorxu, audit, intizam tənbehi və ya işdən çıxarılma riski ilə üz-üzə qalır. Bu səbəbdən də onların adı hallansa belə, çoxu məcburiyyət qarşısında qalaraq fəaliyyət göstərir.
Problem fərdlərdə yox, sistemdədir. Sistemin yaratdığı basqı mexanizmi aradan qaldırılmadan nə direktorlar rahat nəfəs ala bilər, nə də məktəblərdə şəffaf mühit formalaşa bilər.




























