Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

AzMİU QS tərəfindən “5 Stars” sertifikatı ilə təltif olunub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq ali təhsil reytinqləri üzrə dünyanın ən nüfuzlu qurumlarından biri olan Quacquarelli Symonds (QS) tərəfindən “5 Stars” sertifikatına layiq görülüb. Sertifikatın rəsmi təqdimat mərasimi Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AzMİU-nu universitetin nümayəndə heyəti təmsil edib. Mərasimə dünyanın müxtəlif ölkələrindən tanınmış universitet rəhbərləri, akademiklər və təhsil ekspertləri qatılıb.

AzMİU “QS Stars Rating System” çərçivəsində aparılan çoxşaxəli qiymətləndirmə nəticəsində tədrisin keyfiyyəti, məzunların karyera imkanları, tədqiqat göstəriciləri, müəllim–tələbə nisbəti, inklyuzivlik və beynəlmiləlləşmə kimi əsas meyarlar üzrə yüksək nəticələr göstərərək “5 Stars” statusunu qazanıb.

Təqdimat mərasimində çıxış edən AzMİU nümayəndələri bu uğurun universitetdə son illər aparılan elmə və innovasiyaya əsaslanan islahatların, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsinin və dayanıqlı inkişaf prinsiplərinin tədris və idarəetmə proseslərinə inteqrasiyasının məntiqi nəticəsi olduğunu qeyd ediblər.

Çıxışlarda, həmçinin vurğulanıb ki, “5 Stars” sertifikatı AzMİU-nun beynəlxalq aləmdə nüfuzunun artmasının, qlobal akademik məkanda etibarlı tərəfdaş kimi qəbul edilməsinin və universitetin strateji inkişaf planında nəzərdə tutulan məqsədlərə doğru irəliləməsinin mühüm göstəricisidir. Bildirilib ki, QS sisteminin hərtərəfli təhlilləri universitetin gələcək inkişaf prioritetlərinin müəyyən edilməsində mühüm istinad mənbəyi olacaq.

Mərasim çərçivəsində QS-in rəsmi nümayəndələri tərəfindən AzMİU nümayəndə heyətinə “5 Stars” sertifikatı və rəsmi nişanı təqdim edilib.

Bu uğur AzMİU-nun beynəlxalq arenada tanınmasının güclənməsi, qlobal akademik mühitə inteqrasiyasının dərinləşməsi və dayanıqlı ali təhsil modellərinin tətbiqində lider mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Bütün xəbərlər