Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

MİQ/SERTİFİKASİYAYA HAZIRLAŞANLAR. DİQQƏT!!!

SWOT – bir vəziyyəti, mövzunu, layihəni və ya şəxsi dörd istiqamətdə qiymətləndirmə metodudur:

S – Strengths - Güclü tərəflər Nəyi yaxşı bacarırıq? Üstünlüklərimiz nədir?
W – Weaknesses- Zəif tərəflər Harada çatışmazlıq var? Çətinliklər nədir?
O – Opportunities- İmkanlar Hansı şanslar, müsbət şəraitlər mövcuddur?
T – Threats- Risklər-Hansı risklər, maneələr və təhlükələr mövcuddur?

SWOT analizi şagirdlərdə aşağıdakı bacarıqları formalaşdırır:

Tənqidi düşünmə (özünü və mövzunu obyektiv qiymətləndirmə)
-Özünü qiymətləndirmə və nəticə çıxarma
-Planlaşdırma və qərarvermə bacarığı
-Məsuliyyət və fərdi inkişaf motivasiyası
-Problemləri görmə və həll strategiyası qurma

SWOT analizi xüsusilə dərsin planlaşdırılması, müəllimin öz fəaliyyətinin qiymətləndirilməsi, sinifdə problemlərin həll edilməsi və məktəb layihələrinin hazırlanması zamanı istifadə olunur.

Dərsdə SWOT analizi dən istifadə :

Mövzu: “Su dövranı” (5-ci sinif Təbiət fənni)

Məqsəd: Şagirdlər mövzunu daha yaxşı mənimsəmək üçün SWOT analizi aparacaqlar.

Dərsin Gedişi – Nümunə

1. Müəllim mövzunu izah edir.
Su dövranının mərhələləri (buxarlanma, kondensasiya, yağış və s.) izah olunur.
2. Şagirdlər 4 nəfərlik qruplara bölünür.
3. Hər qrup lövhədə aşağıdakı SWOT cədvəlini doldurur:

S – Güclü tərəflər Su dövranı həyat üçün nə kimi müsbət rol oynayır?
Yer üzündə su tükənmir; canlılar üçün vacibdir; iqlimi tənzimləyir.
W – Zəif tərəflər Su dövranında hansı problemlər yarana bilər?
Çirklənmə prosesi dövrana mane olur; bəzi ərazilərdə su qıtlığı yaranır.
O – İmkanlar Bu mövzu bizə nə kimi faydalı bilik verir?
Suya qənaətin zəruriliyini anlayırıq; təbiəti qoruma vərdişi formalaşır.
T – Risklər - Su dövranı pozularsa nə baş verər?
Quraqlıq; heyvan və bitki növlərinin tükənməsi; ərzaq təhlükəsizliyi pozular.

4. Qruplar nəticələrini təqdim edir.
5. Müəllim yekunlaşdırır:
Su həyat üçün əsasdır → şüurlu istifadə vacibdir
Təbiət balansı asılı sistemdir → qoruma məsuliyyəti formalaşmalıdır

Başqa nümunə :

1. Mövzu seçilir – Məsələn: "Kitab oxuma vərdişim", "Sinifdə davranışım", "Ediləcək layihə", "Qrup işi bacarığım".
2. Şagirdlər dörd bölmədən ibarət cədvəli doldururlar.
3. Müəllim nəticələri yönləndirir və inkişaf üçün plan hazırlatdırır.
4. Nümunə (Şagirdin özünü qiymətləndirməsi)

Mövzu: "Mənim dərsə hazırlığım"
Güclü Tərəflər (S)- Zəif Tərəflər (W)
Vaxtında oyanıram-Bəzən ev tapşırığını gec edirəm
Dərsdə aktivəm- Bəzi mövzuları tez unuduram
İmkanlar (O) Risklər (T)

Online resurslardan istifadə edə bilərəm
Telefon və sosial şəbəkələr vaxtımı alır
Müəllimdən əlavə izah istəyə bilərəm
Ev mühiti həmişə sakit olmur

Nəticə və İnkişaf Planı:

Telefon istifadəsini dərs vaxtından kənarlaşdırıram.
Müəllimdən çətin mövzuları ayrıca soruşuram.
Ev tapşırığını daha erkən hazırlayıram.

Bu şəkildə şagird özünü dərk edir və yönləndirir.

SWOT analizi şagirdlərin:

Özünü tanımasına
Davranışını idarə etməsinə
Qərarlarını əsaslandırmasına
Hədəf qoymasına yardım edir.

Bu metod həm dərsdə, həm tərbiyə işlərində, həm də layihə fəaliyyətində çox effektivdir.

SWOT analizi şagirdlərdə özünüqiymətləndirmə, tənqidi təfəkkür, qərar qəbuletmə, məqsədyönlülük, sosial əməkdaşlıq və problem həll etmə kimi əsas XXI əsr bacarıqlarını formalaşdırır.

Metodika üzrə mütəxəssis, təlimçi, pedaqoq Sevinc Məmmədova (051 771 70 72)

Oxşar xəbərlər

Bütün xəbərlər