Xəbər lentiwidget-title-icon

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK
Bu gün 9 və 11-ci siniflərin imtahan GÜNÜDÜR
Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili əsas məqsədimizdir - Araz Paşayev
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
Aprelin 5-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ elan olundu
Səkkiz şagird 300 bal topladı - 7-si QIZDIR
Elm və təhsil sahəsində media və kommunikasiya üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün FÜRSƏT
TKTA saxta diplomlarla bağlı müraciət etdi
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır
Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq imzalanıb
Qobustan məktəbində ingilis dili gecəsi maraqla qarşılandı
Psixoloqdan valideynlərə üç vacib məsləhət
"Bəzi müəllimlər bu prosesi ağır keçirəcək" - Əməkdar müəllim
Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq – QƏRAR
Firudin Qurbanov: Media savadlılığı yeni dövrün əsas tələbinə çevrilir
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanIarın SAYI
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür

Yeni dünya nizamına doğru TANINMIŞ BEYNƏLXALQ EKSPERTLƏR MÜHÜM MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETMƏK ÜÇÜN AZƏRBAYCANI YEDDİNCİ DƏFƏDİR ZİYARƏT EDİRLƏR

Yeni dünya nizamına doğru TANINMIŞ BEYNƏLXALQ EKSPERTLƏR MÜHÜM MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETMƏK ÜÇÜN AZƏRBAYCANI YEDDİNCİ DƏFƏDİR ZİYARƏT EDİRLƏR

Almaz Həsrət,
Əməkdar müəllim

Son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.

9 aprel 2025-ci ildə ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Ölkə başçımız İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb.

ADA Universitetinin va Beynəlxalq Münasibatlərin Təhlili Markəzinin birgə təşkilatçılıǧı ila "Yeni dünya nizamına doǧru" mövzusunda keçirilən sayca 7-ci ADA Siyasi Forumunda 44 ölkədən 80-dan çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak etdilər. Sayca 7-ci olan bu forum Azərbaycanda hər il keçirilir. Konfransların hamısında beynəlxalq ekspertlər və beyin mərkəzləri qlobal dünyanı narahat edan məsələləri müzakirə edib, təklif və rəylərini səsləndiriblər. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn ekspertlər, beyin mərkəzləri Azərbaycan həqiqətləri ilə yaxından tanış olmublar. Hər dəfə konfrans iştirakçıları işğaldan azad olunmuş hansısa şəhər və ya rayonumuza səfər edirlər. Bu da erməni vandalizminin dünyaya tanıdılması istiqamətində təqdirəlayiq addım hesab olunur. Forumların ölkəmizdə keçirilməsi həm də Azərbaycanın dünyaya təqdimatıdır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra müəyyən bir dövr ərzində iri platformalara çıxışının olmaması və ya çıxışının qəsdən məhdudlaşdırılması ciddi fəsadlara yol açmışdı. Lakin cənab Prezident İlham Əliyev artıq elə bir geosiyasi reallıqlara nail olub ki, Azərbaycan nəinki qlobal arenaya çıxış imkanını təmin edib, üstəlik, özü belə platformanın təşkilatçısıdır. Belə forumlara Bakının ev sahibliyi etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın dünyadakı nüfuzunu artırır və ümumiyyətlə, bir dövlət kimi dünya siyasətindəki rolunu daha qabarıq göstərir.Ölkə rəhbəri bu beynəlxalq iqlim sessiyasında respublikamızın səyi ilə digər mühüm bir uğura – karbon bazarının funksional edilməsi ilə bağlı razılığa gəlinməsinə də imza atıldığını diqqətə çatdırıb. Azərbaycan lideri daha sonra deyib: “Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımıza qoyduğumuz vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, – yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib”.

Yeri gəlmişkən, BMT-nin 29-cu iqlim sessiyasının bağlanış plenar iclasının gərgin keçməsi, lakin uzun müzakirələrin sonunda uğurlu razılaşmanın əldə edilməsi iqlim dəyişikliyi ilə mübarizə tarixinə qızıl hərflərlə yazıldı. Beynəlxalq liderlər, diplomatlar və iqlim mütəxəssislərinin saatlarla davam edən danışıqlarının yekununda iki qütb – inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsası qoyuldu. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri – təbii fəlakətlərin zərərinin azaldılması, bərpaolunan enerji keçidinin dəstəklənməsi və yoxsulluğun azaldılması məqsədilə hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırması öhdəliyi götürməsi qərara alındı.

Azərbaycan bu gün regionda “yaşıl” enerji lideri kimi, bir sıra dövlətlərlə sıx əməkdaşlıq edir. Onlardan biri də Çindir. Prezident İlham Əliyevin forumda respublikamızın bu ölkə şirkətləri ilə sözügedən istiqamətdə fəal əməkdaşlıq qurması barədə fikirləri də diqqət çəkir: “Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə “yaşıl” enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. Onların şirkətləri “yaşıl” ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri də Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda, biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə “yaşıl” enerji sahəsinə yatırımlar qoyulsun”.Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb.

İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə “Yaşıl enerji zonası”nın yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində 2 ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan bu sahəyə də çinli investorları dəvət edib.

Oxşar xəbərlər

Bütün xəbərlər