Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Dəyişikliklər peşə təhsilinə marağı daha da artıracaq - Deputat

Dəyişikliklər peşə təhsilinə marağı daha da artıracaq - Deputat

“Təhsil haqqında” və "Peşə təhsili haqqında" qanunlara uyğunlaşdırma xarakterli dəyişikliklər ölkədə peşə təhsilinə marağı daha da artıracaq. Dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin peşə təhsili üzrə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur. Belə ki, sənəddə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və növbəti üç tədris ili üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Bu, sözügedən ərazilərdə peşə təhsilinin stimullaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına, eyni zamanda zəruri kadr potensialının yaradılmasına xidmət edir. Azad olunmuş ərazilərdə məskunlaşan şəxslərin, xüsusən də gənclərin peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi vacib prioritetlərdən biridir.

Ümumiyyətlə, cənab Prezidentin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə qayıdış Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 40 minə yaxın insan məskunlaşıb. Sevindirici haldır ki, işğaldan azad olunmuş ərazilərdə məşğulluq proqramları mütəmadi olaraq genişlənir. Həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların 86 faizinin məşğulluğu artıq təmin edilib. Bu da burada yaşayan əhalinin sosial rifahının yaxşılaşması deməkdir. Yeni dəyişikliklər həm də ölkədə peşə təhsilinə marağın daha da artmasına təkan olacaq. Məlumdur ki, peşə təhsili vasitəsilə gənclər əmək bazarlarında üstün olmaqla yanaşı həm də texnoloji nailiyyətlərdən yararlanır, zəruri təcrübələrə yiyələnirlər. Ümumiyyətlə, peşə təhsili məşğulluq imkanlarını artıran, şəxsi inkişafı dəstəkləyən əsas bacarıqları təmin edir. Eyni zamanda peşə təhsili məşğulluğu və məhsuldarlığı davamlı, səmərəli şəkildə dəstəkləməklə ölkələrin dayanıqlı inkişaf məqsədlərinə çatmasına zəmin yaradır. Azərbaycanda da peşə təhsilinin inkişafı prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, ölkəmizdə son illər peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 faizdən çox artıb. Hər il ali məktəbləri bitirən 100-dək vətəndaş peşə təhsilini seçir. Bu tendensiyanın qarşıdaki illərdə də davam edəcəyini söyləmək olar. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulur.

Beynəlxalq təcrübəyə diqqət yetirsək, görərik ki, peşə təhsili xüsusilə inkişaf etməkdə olan ölkələrdə məşğulluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırır. İnkişaf etmiş peşə təhsili sistemləri olan ölkələrdə gənclər arasında işsizlik səviyyəsi daha aşağı, iqtisadiyyat daha sabitdir.

Peşə təhsili gənclərin iş dünyasına daha effektiv şəkildə inteqrasiyasını təmin edir. Təbii ki, peşə məktəblərinin də əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə mütəxəssislər yetişdirməsi vacibdir. Hesab edirəm ki, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkəmizdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilmsinə, keyfiyyətin artırılmasına təkan olacaq.

Nigar Məmmədova

Milli Məclisin deputatı

Oxşar xəbərlər

Bütün xəbərlər