Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Təhsil haqqının birdəfəyə ödənilməsi çətinlik yaradır

Təhsil haqqının birdəfəyə ödənilməsi çətinlik yaradır


Dövlət İmtahan Mərkəzinin (DIM) təqdim etdiyi statistikaya görə, 2022-ci ildə 7855 tələbə təhsil müəssisələrindən xaric edilib.


Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. Çıxarılmalar davamiyyət məsələsinə görə və könüllü şəkildə olub.

Təxminən 8000-ə yaxın tələbənin təhsilinin yarımçıq qalması bir çoxlarımızı narahat etməli və səbəbləri araşdırılmalıdır. Bu qədər xaricetməyə səbəb olan amillər hansılardı?

Təhsil haqqının birdəfəyə ödənilməsi çətinlik yaradır


tehsilmedia.info xəbər verir ki, təhsil eksperti Nadir İsrafilov azedu.az-a açıqlamasında qeyd edib ki, naratlığın başlıca səbəbi xaricolma statistikasında rəqəmlərin yüksələn xətt üzrə inkişaf etməsidir:

“Bir halda ki, ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var. Bu halda 8000-ə yaxın tələbənin təhsildən könüllü kənar düşməsi və ya təhsil müəssisələrindən xaric edilməsi o qədər də ürəkaçan deyil. Universitetlərin vəziyyəti nə qədər başa düşülən olsa da, onlar üçün təhsil alanın maraqları digər maraqları üstələməməlidir. Təkcə, son bir ildə qəbul imtahanlarında iştirak edib, müsabiqə şərtini ödəyən 2 355 nəfərin elektron qaydada müraciətlərini təsdiq etməmələri təhsil haqqını birdəfəyə ödənilməsini tələb edən universitetlər üçün ciddi siqnal olmalıdır”.

Eskpert xüsusi olaraq vurğulayıb ki, ali təhsilin hamı üçün əlçatan olması təkcə hansısa müəyyən qrup məzunun keçid balını toplayıb, ali məktəbə qəbul olması ilə ölçülə bilməz:

“Burada əsas məsələ maddi problemi olan şəxslər üçün də təhsili əlçatan etməkdir. İldən-ilə minlərlə tələbə yüksək balla ali məktəbə qəbul olunduğu halda, maddi problem səbəbilə tələbə adını qazanmaqdan imtina edir. Həmçinin oxuyanlar arasında da tələbələr var ki, maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyurlar.

Hesab edirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”na təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı konkret maddə əlavə edilməlidir. Məlumdur ki, mövcud qaydalara əsasən Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilirlər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Lakin baxaq görək dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilən bu kreditlər qaydalarda olan məhdudlayıcı şərtləri də nəzərə alsaq, bütün tələbələrin problemini həll edəcəkmi?

Təhsil qanunvericiliyimizə əsasən təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Bundan başqa hədəf milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar formalaşdırmaqdır. Həmçinin sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır”.

N.İsrafilovun sözlərinə görə əksər universitet təhsil səviyyəsini gücləndirmək əvəzinə, ildən-ilə təhsil haqlarının qiymətlərini artırır:

“Təhsil haqqı universitetlərə və ixtisaslara görə dəyişir. Statistikaya görə, dövlət təhsil müəssisələrində ödənişli fakültələrin ən minimal qiymətləri ölkədəki aylıq orta əmək haqqından çox yüksəkdir. Maliyyə durumu aşağı olan ailələrin övladlarının bu məktəblərdə oxuması demək olar ki, qeyri-mümkündür. Belə vəziyyətdə bir çox gənc yüksək təhsil haqqı ilə ölkədə təhsil almaqdansa, ucuz və keyfiyyətli təhsil dalınca xarici ölkələrə üz tuturlar. Əlbəttə, neft kapitalının insan kapitalına çevrilməsi, bu məqsədə yönəlik təhsilin hamı üçün əlçatan olması və xaricdə təhsildən asılılığın minimuma endirilməsi kursunun həyata keçirilməsi şəraitində belə bir vəziyyətin yaranması heç də arzu olunan hal sayıla bilməz”.

Ekspert son olaraq ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə əlçatan olmasının zəruriliyini qeyd edib :

“Bildiyim qədər hələ neçə il bundan qabaq abituriyentlərə ixtisas seçimi azadlığı verilməsi, ali təhsildə liberal qaydalara üstünlük verilməsi kimi məsələlərlə bağlı geniş təkliflər paketi hazırlanmışdı.

Yəqin ki, təhsillə bağlı maraqlı tərəflərin bir çoxu bilməmiş deyil ki,"İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 13-cü maddəsinə əsasən təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir.

Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə əlçatan olmalıdır.

Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb