Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Nadir İsrafilov: “X-XI siniflərdə təhsilin ödənişli olması və “sərbəst davamiyyət”in tətbiqini real hesab etmirəm”

Nadir İsrafilov: “X-XI siniflərdə təhsilin ödənişli olması və “sərbəst davamiyyət”in tətbiqini real hesab etmirəm”

Son günlər aktual olan məsələlərdən biri də orta ümumtəhsil məktəblərinin X-XI siniflərində tədrisin təşkili ilə bağlıdır. Bugünlərdə sosial şəbəkələrdə X-XI siniflərdə təhsilin ödənişli olması təklifi çox səsləndirilir.

Bəzi ekspert və valideynlər bunu əsasən onunla əlaqələndirirlər ki, onsuz da IX sinfi başa vurduqdan sonra şagirdlər repetitor yanına gedir və ailə həm məktəbə xərc çəkir, həm də repetitora ödəniş etməli olur. Ona görə də yalnız məktəbə ödəniş etməklə bu problem həll etmək olar.

Həmçinin, valideynlər bildirirlər ki, X-XI-ci siniflərdə şagirdlər repetitor yanına getdikləri və məktəbdə dərs keçirilmədiyi üçün davamiyyət azalır. Bu baxımdan şagirdlərə X-XI siniflərdə “sərbəst davamiyyət” tətbiq edilə bilər.

Görəsən, orta məktəblərdə X-XI siniflərdə təhsilin ödənişli olması və yaxud “sərbəst davamiyyət”in tətbiqi nə dərəcədə realdır?

“Bu, mövcud qanunvericiliyimizə zidd olmaqla yanaşı, həm də təhsilimizdə bir sıra əlavə fəsadlara yol aça bilər”

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə şərhində bunları bildirdi: “Dövlət ümumtəhsil məktəblərinin X-XI siniflərində təhsilin ödənişli olması və “sərbəst davamiyyət”in tətbiq edilməsini real hesab etmirəm və belə bir modelin tətbiq edilməsinin qəti əleyhinəyəm. Bu, mövcud qanunvericiliyimizə zidd olmaqla yanaşı, həm də təhsilimizdə bir sıra əlavə fəsadlara da yol aça bilər.
Biz nə etdik? 9 illik təhsili icbariləşdirərək, onlara da attestat verməklə 5-4-2 modelini seçdik. 2019-cu ildə qəbul olunmuş “Ümumi təhsil haqqında” qanuna görə biz artıq beş ildir ki, 12 illik təhsilə keçid etmişik. Həmin qanunun 13-cü maddəsində “Ümumi təhsilin təşkili” bölməsində 13.3 maddədə qeyd olunur ki, Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Qanun maddəsində qeyd edildiyi kimi, əgər məktəbəhazırlıq ümumi təhsil pilləsinin ilkin mərhələsi hesab edilirsə, deməli, ölkəmzidə uşaqların məktəbə ilk addımı 5 yaşdan başlayır və bununla da biz 12 illik təhsilə artıq keçid etmiş hesab olunuruq. Halbuki, 4500-ə yaxın orta məktəbin 1500-dən artıq məktəbində məktəbəhazırlıq qrupları yoxdur. Hesab edirəm ki, ən optimal model “5+5+2″ sxemidir – 5 i ibtidai təhsil, 5 il ümumi orta təhsil, 2 il tam orta təhsil, yəni, ali məktəbə hazırlıq mərhələsi. Bu modelə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həllini də xeyli asanlaşdıracaq. Sonuncu 2 il ixtisaslar üzrə ali məktəblərə hazırlaşanlar üçün bir növ elə repetitor rolunu oynayacaq, əlavə hazırlıq üçün məktəbdən kənar yerlərə məsafə qət etməyə ehtiyac qalmayacaq”.Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3–6 faiz artımına gətirib çıxarır. “Strategiya” eyni zamanda həm də təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını hədəfləyib: “3.1.2.1. məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması; 3.1.2.2. erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması; 3.1.2.3. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması.” “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu bir daha öz əksini və təsdiqini tapıb. Elm və təhsil naziri Emin Əmrullayev də son müsahibələrindən birində bildirib ki, “elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir. Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir... Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir” kimi fikir söyləyərək, bu kimi məsələlərə diqqət çəkib.

Oxşar xəbərlər

Bütün xəbərlər