Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

İxtisas seçimi qəlizdir: “ 200 balla qəbul olunur, 500 balla isə...”

İxtisas seçimi qəlizdir: “ 200 balla qəbul olunur, 500 balla isə...”

Nadir İsrafilov: “Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlərlə yanaşı ekspertlər də az günahkar deyil”

Məlum olduğu kimi, hazırda abituriyentlərin ixtisas seçimi mərhələsi davam edir.

İmtahan verənlərin böyük bir qismi ixtisas seçimini bu barədə məlumatlı şəxslərə həvalə edir.

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə tövsiyə edib ki, onlar prosesdən keçərkən araşdırmalı və ixtisasları özləri seçməlidirlər. Sözügedən prosesi kimlərinsə öhdəliyinə verməməlidirlər.

Maraqlıdır, görəsən, abituriyentlər özləri seçim etsələr, yaxşı olar, yoxsa bunu hər hansı bir mütəxəssis köməyi ilə həyata keçirsələr, effektiv olar.

İxtisas seçimi qəlizdir: “ 200 balla qəbul olunur, 500 balla isə...”

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Nadir İsrafilov qeyd edib ki, onsuz da qəliz olan qəbul qaydalarını ixtisas seçimi bir az da mürəkkəbləşdirir:

“Belə demək mümkündürsə, ixtisas seçimini valideyn və ekspert ümidinə buraxmışıq, abituriyentin topladığı “balın kəramətinə” tabe etdirmişik. Dəfələrlə ali məktəblərə girişi asanlaşdırıb, çıxışı çətinləşdirmək barədə müxtəlif təkliflər səsləndirilməsinə rəğmən bu günün özündə belə, hələ də bunun əksini görürük. Hətta iş o yerə çatıb ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, abituriyentlərin heç də hamısı ixtisas seçimini özü etmir. Yenə seçimi bəzi təhsil ekspertləri reallaşdırır. Onlar təki harasa qəbul olunsun deyə seçim edirlər. Abituriyentlər də var ki, rayondan çıxıb, Bakıda yaşamaq üçün qəbul olmaq istəyirlər".

İsrafilovun sözlərinə görə hazırki dövrdə ali məktəbə qəbul olmaq prosesi xeyli qəlizləşib:

“Müvafiq ixtisas üzrə keçid balını toplamadığından, digər arzulamadığı ixtisasa keçid alanlar, “təki universitet olsun” düşüncəsi ilə yaşayanlar arasında ali təhsilə “şəhərli olmaq” prinsipi ilə yanaşanlar da az deyil. Düzdür, ixtisas seçimini o qədər mürəkkəbləşdirdik ki, 200 bal toplayan ali məktəbə daxil ola bildi, 500 bal toplayan kənarda qaldı, düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşdü. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlərlə yanaşı ekspertlər də az günahkar deyil.

Bir zəruri məqamın nəzərə alınması vacibdir ki, hər özünü ekspert səviyyəsində görən və ya mediada ekspert kimi təqdim olunan “ekspert”in irəli sürdüyü müddəa və verdiyi rəy, təklif, proqnoz heç də “quran ayəsi” deyil. Onlar gündəmə gəlmək və ya gündəmdə qalmaq məqsədinə xidmət edən taktiki gedişlər edirlər. Özlərinə ucuz reytinq qazanmağa çalışırlar. Bu da geniş ictimaiyyət arasında çaşqınlıq yaradır. Bununla belə seçim etməkdə çətinlik çəkən abituriyentin ekspertə müraciət etməkdən başqa digər çıxış yolu qalmır.

Dövlət İmtahan Mərkəzindən də dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, yenə də bu kimi hallar geniş vüsət almaqdadır. Halbuki, DİM-in müraciətinə əsasən “Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abitriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır.

Qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı təklifin neçənci olduğunu artıq unutmuşam. Neçə illərdən bəridir ki, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləmişik, ali təhsilin hamı üçün əlçatan olması kursu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələləri ilə rəqabətə başlamışıq, digər tərəfdən isə “Ali məktəblərə qəbul attestatla olsun!”; “Ali məktəblərdə dövlət imtahanı ləğv olunsun!” və s. bu kimi çağırışlar səsləndirilir, ali məktəblərə qəbul imtahanlarının ağır şərtlərlə keçirilməsi, ali məktəblərə qəbul üçün tətbiq olunan test imtahanlarının özünü doğrultmadığı və bu prosesin sadələşdirilməsi kimi təkliflər səngimək bilmir.

İxtisas seçimini bu qədər qəlizləşdirmək hansı məqsədə xidmət edir? Yaşlı və orta nəslin nümayəndələri xatırlamamış deyillər ki, adını çəkməyə belə ehtiyatlandığımız bir dönəmdə orta məktəblərdə təlim-tərbiyə işləri ilə yanaşı geniş peşə yönümü işi aparılardı. Həmçinin şagirdləri ayrı-ayrı peşələrə istiqamətləndirmək üçün nəzəri və praktiki tədbirlər həyata keçirilərdi”.

Müsahibimiz deyir ki, əvvəllər müəllim olmaq istəyənlər sənədlərini Pedaqoji İnstitut adlanan ali təhsil müəssisəsinə, həkimliyi arzulayanlar Tibb İnstitutu, mühəndisliyi seçənlər "Politexnik”ə , aqronom, zootexnik olmaq fikrinə düşənlər də Kənd Təsərrüfatı İnstitutuna verərdilər:

“İndi beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə universitetləri birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırmışıq. Abituriyentlərə bir neçə ixtisas və ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa , hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirmişik. Nəticədə çarəsiz “zorən” diplomçular ordusu yaranıb. Bir ara bioloqu tibb fakültəsinə, kitabxanaçını hüquqa köçürməklə, təhsilimizin qara ləkəsi olan qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasına şərait yaratmışıq”.

Oxşar xəbərlər

Bütün xəbərlər