Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Tələbə qəbulunu DİM deyil, universitetlərin özü aparmalıdır

Tələbə qəbulunu DİM deyil, universitetlərin özü aparmalıdır

“Bu gün tələbənin ixtisas seçimini maraqlandığı peşə yox, topladığı keçid balı müəyyən edir”.

Bu sözləri təhsil üzrə mütəxəssis Nadir İsrafilov qeyd edib.

Onun sözlərinə görə toplanılmış bal, hələ yüksək nəticə və peşəyə maraq nümayişi göstəricisi deyil:

“Heç kəsə gizli deyil ki, istənilən valideyn öz övladının gələcəyini düşünür, onun yaşıdlarından geri qalmamasını, həyatda sabit bir mövqe tutmasını, müəyyən bir mənsəb sahibi olmasını arzulayır və bu arzusunu reallaşdırmağı övladını repetitor xidmətinə yönləndirməkdə görür. Bu da təbiidir və hər bir valideynin övladını ali məktəb tələbəsi görmək istəyindən, daha doğrusu müəyyən diploma sahib olmasından irəli gələn haldır.

Digər bir məsələ rayon və kəndlərdə yaşayan abituriyentlərin bəzilərinin Bakıya köçmək və yeni həyata başlamaq üçün tələbə olmağa can atması, bəzilərinin isə, təki harasa qəbul olunum və tələbə bileti alım deyə seçim etməsidir. Belə düşüncədə olan gənclərin əsas amalı ali təhsil almaq, uğurlu kariyera qurmaqdan daha çox "şəhərli olmaq"dır. Təhsilalanı repetitor asılılığından azad etmək üçün ilk növbədə valideynin müəllimə, məktəbə inamını və ümidini artırmalıyıq. Bu isə, yalnız məktəb təhsilinin keyfiyyətini əsaslı şəkildə yüksəltmək yolu ilə baş verə bilər. Ən əsası isə biz qiymətləndirməni, qəbul imtahanlarının sturukturunu dəyişdirmədən bu kimi problemləri aradan qaldırmaqda çətinlik yaşayacaq, yeni problemlərlə üzləşməli olacağıq.Heç də təsadüfi deyil ki, ali təhsil müəssisələrinə qəbul sistemində problemlər olduğunu nazir Emin Əmrullayev də dilə gətirib: "Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur". Bəli, mövcud reallıqla razılaşmalıyıq ki, hüquqşunas olmaq istəyən sonda tarix müəllimi, yaxud humanitar sahə üzrə bir ixtisas seçməyə məcbur olur.

Həkim olmaq istəyən biologiya, kimya müəllimi olur. Bu da gələcəkdə həmin ixtisas üzrə formalaşmada problem yaradır. Arzuladığı yox, ona uyğun olmayan ixtisasın sahibi olur. Nəticədə ixtisas və ya universitetini dəyişmək istəyən və əlavə olaraq ikinci ixtisasa yiyələnmək istəyən tələbələrin sayı artır.Bir vaxtlar və bu günün özündə də ixtisas seçimini o qədər mürəkkəbləşdirmişik ki, 150-200 bal toplayan məzun ali məktəbə daxil ola bilir, 450, 500 bal toplayan kənarda qalır, düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşür, paytaxtda qalmalı olan regiona, regiona getməli olan paytaxtda qalmalı olur və s. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, nəyisə ləğv etmək deyil, mövcud olanı təkmilləşdirmək, daha da optimallaşdırmaq barədə düşünməliyik. Hər şeydən əvvəl heç olmasa ona görə ki, uzun illərdən bəri toplanmış mövcud potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilimizin forma və məzmunca yenilənməsi “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın tələbidir. Necə ki, o qədər də uzaq olmayan yaxın keçmişimizdə müəllim olmaq istəyən Pedaqoi instituta, həkim olmaq istəyən Tibb institutuna, müəhəndis olmaq istəyən Politexnik adlanan texniki instituta üz tuturdu. Birinci il qəbul oluna bilməyənlər, ikinci il həmin instituta sənəd verirdilər. Üç il dalbadal sənəd verərək qəbul olunanlar belə, birincil qəbul olunmadıqlarına görə başqa institutlara sənəd vermirdilər. “O olmasın, bu olsun” prinsipi hər bir kəsə yad idi.

Qəbul qaydaları, ali təhsil müəssisələrinin akademik muxtariyyəti və dəgər vacib sahələrirdə hələ də həllini gözləyən xeyli problemlər var. ADA Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verildiyi kimi, bu hüququn digər universitetlərə də şamil edilməsi yolu ilə vəziyyəti nisbətən sabitləşdirmək olar. Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama əsasən, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib. Bu kimi demokratik addımların davam etdirilməsi, bu sahədə müəyyən irəliləyişlərə gətirib çıxara bilər.Nəticə etibarı ilə onu deyə bilərik ki, valideynlər övladlarına seçim sərbəstliyi verməlidir. Valideynlər "Təki diplom olsun, qonşunun yanında başımız uca olsun", məzunlar isə “təki universitet olsun” düşüncəsindən əl çəkməlidirlər. Ali təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir ki, sonda günahkar axtarmaq məcburiyyətində qalmayaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər