Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib

“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda tədbir keçirilib.

Nazirlikdən bildirilib ki, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli tədbirin əhəmiyyətinə toxunaraq ali təhsil siyasətinin effektiv həyata keçirilməsi baxımından bu cür müzakirələrin təşkilinin faydalılığını qeyd edib. Nazir müşaviri ali təhsil sahəsində aktual mövzuların müzakirəsi üçün universitetləri təşəbbüskar olmağa dəvət edib. Təhsil proqramlarından danışan Nicat Məmmədli qeyd edib ki, bu proqramlar həm əmək bazarının tələbləri, həm də məsuliyyətli vətəndaşın yetişdirilməsinə münasibətdə hazırlanarsa, daha optimal və effektiv olar.

Sonda bu cür görüşlərin mütəmadi təşkilinin vacibliyinə toxunan Nicat Məmmədli tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda təqdimatla çıxış edib. Turxan Süleyman bildirib ki, hazırda elm və ali təhsil siyasətinə dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılmaqdadır. Hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Növbəti mərhələdə doktorantura təhsili ilə bağlı da müvafiq işlərin, o cümlədən doktorantura təhsilinin yenidən təşkili məsələləri öz həllini tapacaq. Tələbə qəbuluna dair statistik məlumatları təqdim edən Turxan Süleyman növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görüləcəyini diqqətə çatdırıb.

Tədbirin ikinci hissəsində "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları" ilə bağlı iştirakçılara məlumat verən Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova qeyd edib ki, bu qaydalar ali, orta ixtisas və peşə təhsili pillələrində yeni ixtisasların açılması məsələlərini tənzimləyir. Nərgiz Qaraxanova əlavə edib ki, təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksək səviyyəli, rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.

Oxşar xəbərlər

Bütün xəbərlər