Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

BMU aliminin monoqrafiyasının təqdimatı keçirilib

BMU aliminin monoqrafiyasının təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi gənc tədqiqatçı Elnur Nəciyevin “Səfəvi dövlətinin əhalisi” monoqrafiyasının təqdimatı keçirilib.

BMU-dan bildirilib ki, tədbirdə çıxış edən elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov monoqrafiyanın əhəmiyyətindən, belə tədqiqatların tariximizin araşdırılmasında, eləcə də Azərbaycanın qədim torpaqları, əhalisi, mədəniyyəti ilə bağlı həqiqətlərin üzə çıxarılmasında mühüm rolundan danışıb. Kitabı tələbələr üçün faydalı mənbə adlandıran prorektor BMU əməkdaşlarının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Səfəvilər dövlətinin yaranması və inkişafının Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmasını önə çəkib, kitabın gənclərin milli ruhda yetişməsində böyük rol oynayacağını söyləyib.

Təqdimata virtual olaraq qoşulan nəşrin elmi redaktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov kitabı dövlətçilik tariximizin öyrənilməsi üçün mühüm tədqiqat işi kimi xarakterizə edib və müəllifə uğurlar arzulayıb.

Sonra kafedranın professorları Şikar Qasımov, Abbas Seyidov və digərləri çıxış ediblər. Çıxışlarda orta əsr Azərbaycan dövlətlərinin, o cümlədən tarixi torpaqlarımızı ilk dəfə vahid mərkəzləşdirilmiş dövlət halında birləşdirməyə nail olan Azərbaycan Səfəvi dövlətinin əhali tarixinin öyrənilməsinin aktuallıq kəsb etdiyi vurğulanıb, bu baxımdan nəşrin önəminə diqqət çəkilib.

Sonda kitabın müəllifi Elnur Nəciyev monoqrafiyada Səfəvi dövlətinin əhalisinin ilk dəfə tarixi demoqrafik baxımdan işıqlandırıldığını nəzərə çatdırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər