Rektorların təyinatı qanunda necə əks olunub?
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Vilayət Məmməd oğlu Vəliyevin yenidən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru təyin edilməsi ilə bağlı sərəncam verib.
Dövlət başçısı sənədi Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq imzalayıb.
Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 2.13. bəndində dövlət ali təhsil müəssisələrində fəaliyyət göstərən rektorların 5 ildən bir təyin edilməsi əks olunub.





























