Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Abituriyentlərin nəzərinə: Bu halda imtahan nəticənizi artıra bilərsiniz

İyulun 14-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Abituriyentlərin bir çoxu son şans olduğu üçün bir qədər psixoloji gərginlik içərisində olurlar. Bu da özlüyündə onların toplayacağı bala mənfi təsir göstərir.

Abituriyentlər II cəhddə daha yüksək nəticə göstərmək üçün nələr etməlidirlər?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a müsahibə verib.Ekspert bildirib ki, illərdir müşahidə edirik ki, böyük əksəriyyət müəyyən qədər də olsa II cəhddə balını artırıb:

“İstər I, istər II cəhd imtahanlarında abituriyentlərdə müəyyən həyəcan, psixoloji gərginlik müşahidə edilir. Bunun başlıca səbəbi isə imtahan məsuliyyətini hiss etmələridir. Daha çox həyəcan keçirənlər isə, əsasən mövzuları yaxşı qavramayanlardır. Düzdür, istisna hallarda biz yüksək bal toplayan abituriyentlərdə də bu situasiya ilə qarşılaşırıq. Bəzən 600-dən yüksək bal toplayan abituriyent təsəvvür edir ki, imtahanda qarşısına çıxan suallar tamamən fərqli, bildiyi mövzuları əhatə etməyəcək. Əlbəttə ki, II cəhd abituriyentlərə I mərhələdə buraxdıqları səhvləri aradan qaldırmaqları üçün yetərincə imkanlar verir. İmtahanlar arasındakı müddət onların həm psixolji durumunun yaxşılaşdırılmasına, həm də I cəhddə buraxdıqları mövzular üzrə səhvlərin aradan qaldırılmasına, o cümlədən keçirilən proqram mövzularının təkrarlanmasına imkan verir. Bu müddəti dəyərləndirmək isə onların öz əllərindədir. 40-42 günlük müddətdə abituriyentlər özlərini inkişaf etdirərək II cəhddə nəticələrini artıra bilirlər”.

E.Əfəndi II cəhddə uğur qazanmağın sirlərindən bəhs edib:Əlbəttə, imtahanda ən vacib məsələ vaxt bölgüsüdür. Abituriyentlər buna mütləq diqqət etməlidirlər. Onlar 3 saatın sonuna qədər sualları işləməli, imtahandan tez çıxmağa maraqlı olmamalıdırlar. Cavab kartlarına cavablar köçürülən zaman əzilməməli, korlanmamalıdır. Sürüşdürmə problemi olmaması üçün sadə karandaşla əvvəlcədən işləsələr daha yaxşıdır.

Bəzən olur ki, abituriyentlər imtahana 1-2 gün qalmış daha çox dərs oxumaq istəyirlər. Düşünürlər ki, nə qədər çox oxusalar, nəticələri o qədər yaxşı olacaq. Bu doğru yanaşma deyil. Bacardıqları qədər həm fiziki, həm də zehni cəhətdən istirahət etməyə çalışmalıdırlar. Cümə günü saat 18:00-dan sonra abituriyentlər istirahətə zaman ayırmalıdırlar. Həmin vaxtda hər hansı bir vəsaitin açılıb baxılması və yaxud oxunması doğru deyil. Belə olarsa, ikinci cəhddə nəticələrini artıra biləcəklər.Əgər dediklərimin əksi olarsa, o zaman təəssüf ki, balları I cəhddəkindən fərqlənməyəcək”.

Oxşar xəbərlər

Bütün xəbərlər