Xəbər lentiwidget-title-icon

İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq

MÜTDA media nümayəndələri üçün brifinq keçirib

MÜTDA media nümayəndələri üçün brifinq keçirib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) media nümayəndələri üçün brifinq keçirib.

Agentliyin direktor müavini Orxan Abbasov iyulun 16-dan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə başlanılacağını bildirib. Qeyd edilib ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən həyata keçiriləcək.

Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı çərçivə sənədinin hazırlandığını deyən Orxan Abbasov bildirib ki, qiymətləndirmə ilin sonunadək keçiriləcək. Direktor müavini ötən il 50 bağçada beynəlxalq standartlara əsasən hazırlanmış alətlərlə monitorinq aparıldığını, bu il isə daha 100 bağçada yoxlamalar keçiriləcəyini qeyd edib.

Bildirilib ki, son iki ildə mərkəzləşdirilmiş imtahanla 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib. Onlardan 296 nəfəri məhz agentliyin fəaliyyəti dövründə işə başlayıb.

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinin də əsas hədəf olduğunu deyən agentlik rəsmisi qeyd edib ki, bu il 20 min uşağın icmaəsaslı qruplara cəlbi gözlənilir. Müvafiq qrant proqramına əsasən, dövlət-özəl tərəfdaşlığının 1 500 uşağı əhatə etməsi nəzərdə tutulur. Ümumilikdə, bu il 16 alternativ layihəyə 500-dən çox uşaq cəlb olunub.Eyni zamanda bildirilib ki, 2024–2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün 112 minə yaxın yer ayrılıb və 88 min uşağın bu qruplara qəbulu proqnozlaşdırılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə 16–30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul–1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq olunacaq. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək.

Orxan Abbasov onu da qeyd edib ki, bir sıra lisey və gimnaziyalara qəbul imtahanında 22 minə yaxın uşaq minimum keçid balını toplayıb. Lisey və gimnaziyaların seçimi prosesi də yekunlaşmaq üzrədir.

Oxşar xəbərlər

Bütün xəbərlər