Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

İbtidai siniflərə yaz tətilində ev tapşırığı verilməlidirmi? - Təhsil ekspertindən AÇIQLAMA

İbtidai siniflərə yaz tətilində ev tapşırığı verilməlidirmi? - Təhsil ekspertindən AÇIQLAMA

Dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayıb. Tətil dövründə şagirdlərin səmərəli vaxt keçirməsi mövzusu valideynlər arasında fikir ayrılıqları yaradıb. Belə ki, bəzi valideynlər düşünür ki, övladları bu dövrdə də dərslə məşğul olmalıdır. Bəziləri isə uşaqların dincəlməli və əyləncəli vaxt keçirməli olduğunu müdafiə edir.

Bəs şagirdlər bu dövrü necə dəyərləndirməlidir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, tətil məktəbliyə dərs qayğıları ilə məşğul olmaq üçün yox, vaxtını asudə keçirmək üçün verilir.

Ekspert qeyd edib ki, ümumtəhsil məktəbinin vəzifəsi öz yetirmələrinə təkcə müəyyən bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməkdir:

“Uşaqların sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda mənəvi və fiziki kamilliyə və sağlam həyat tərzinə tələbatı formalaşdırmaq təhsil müəssisələrinin əsas vəzifələrindəndir. Məlum olduğu kimi, dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr, vərdişlər şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafında mühüm amillər kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə də qeyd edilir ki, ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir”.Onun fikrincə, xüsusilə, kiçik yaşlı məktəblilər tətil müddəti ərzində dərs qayğılarından uzaqlaşdırılmalıdırlar ki, mənalı istirahətlərini keçirib, tətildən sonrakı məktəb mühitinə adaptasiya oluna bilsinlər:

“Əbəs yerə deyil ki, ümumi təhsilin digər pillələrindən fərqli olaraq, ibtidai təhsil pilləsinin şagirdlərinə 5 gün evdə qalıb dincəlmələri üçün əlavə tətil müəyyən edilib. Bu müddət ərzində onlar valideynləri və həmyaşıdları ilə birlikdə gəzintilərə çıxa bilər, öz istək və maraqlarına, yaşlarına uyğun hansısa bədii kitablar oxuya bilərlər”.

N.İsrafilov qeyd edib ki, tətil müddəti ərzində müəllimlər tərəfindən onlara dərslə bağlı hər hansı bir əlavə tapşırıq verilməsi yolverilməzdir:

“Onsuz da dərs zamanı dərs proqramının ağırlığı və şagirdlərin, xüsusən də ibtidai siniflərin həddən çox ev tapşırığı ilə yüklənməsi illərdir ki, təhsil sahəsində mövcud olan əsas problemlərdən biridir. Dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqlarının çoxluğu şagirdləri çox yorur. Hətta bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək etməkdə çətinlik çəkirlər”.

Ekspert deyib ki, nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə tam mənimsətməyi öyrənməmişik, ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik:

Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır. Bir sözlə, hələ ki dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Şagirdlərə daha çox tapşırıq verildikcə onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək. Heç də əbəs yerə deyil ki, dünyanın bir çox aparıcı ölkələrinin ibtidai siniflərində ev tapşırığı verilməsi məsləhət bilinməyib. Bizdə də kurikuluma əsasən, ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir. Birinci sinfə isə ümumiyyətlə, ev tapşırığı verilməməlidir. Şagirdlər dərsi dərsdə öyrənməli, qavramalı, tapşırıqları da sinifdə həll etməlidirlər”.

Oxşar xəbərlər

Bütün xəbərlər