Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

“Təki diplom olsun” düşüncəsi təhsilin əsas məqsədini unutdurur

“Təki diplom olsun” düşüncəsi təhsilin əsas məqsədini unutdurur

“Bu gün bütün səylərimiz “təki diplom olsun” düşüncəsinə fokuslanıb...”.

Onun sözlərinə görə təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil:

“Yəqin, çoxlarına gizli deyil ki, bir çox valideyn artıq birinci sinifdən övladlarının müəyyən bir ixtisasa sahiblənməsi üçün repetitor axtarışına çıxır, müxtəlif hazırlıq kurslarına üz tutur. Belə bir “diplom sevdası” görəsən nədən qaynaqlanır? Nə baş verir? Hara tələsirik? Parnik üsulu ilə süni intellekt yetişdirmək, uğurlu karyera qurmaq fikrinə düşmüşük? Axı, qəbul etdiyimiz Kurikulum sənədinin da əsas tələbi odur ki, səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlansın. Əlavə yükləmələr isə, əksinə uşaqları bu səriştə və bacarıqlardan məhrum edir. Heç olmasa onu da nəzərə almırıq ki, övladlarımızın sağlamlığı bizim üçün onların təhsilindən heç də az əhəmiyyətsiz deyil. Məşhur “sağlam ruh, sağlam bədəndə olar” kəlamı heç də təsadüfən yaranmamışdır”.

Ekspert bildirib ki, təhsilin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır:

“Belə ki, ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Mütəxəssis hazırlamaq isə bilavasitə ali təhsil müəssisələrinin vəzifəsidir. Biz də əsasən bununla razılaşırıq, deyirik, yazırıq, ancaq əməl etmirik, universitetlərin görəcəyi işi ümumtəhsil məktəblərinin, ümumtəhsil məktəbləriinin görəcəyi işi isə məktəbəqədər təhsil müəssisələrinin üzərinə yükləməkdə davam edirik. Bir mühüm məqamı unuduruq ki, məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır”.

“Məktəbli və tələbələrin dərs yükünün ağır olması, proqramların yüklülüyü ilə bağlı narazılıq və şikayətlər uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır”,- deyə müsahibimiz qeyd edib:

“Məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf ediblər. Belə çıxır ki, antik filosof Senekanın hələ eramızdan əvvəl etdiyi “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” xəbərdarlığından bu gün də lazımi nəticə çıxarmamışıq. Biz hələ də “keyfiyyətli təhsil” adı ilə uşaqlarımızı ifrat dərəcədə yükləməklə onları bir növ istismar etmiş oluruq. Hələ bunlar bəs deyilmiş kimi, dərsdən əlavə nə qədər test, oxu vəsaiti aldırılır. Uşaqları bu qədər yükləmək olmaz axı” mesajı verirsə, bu və digər çoxsaylı ümumi ictimai rəyi nəzərə almaq bu qədərmi çətindir?”.

N.İsrafilov qeyd edib ki, uşaqları ifrat dərəcədə yükləməklə onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq:

“Kimlərinsə uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri düşüncəsi isə kökündən yanlışdır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri gələcək üçün lazımsız materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Nazirin də son müsahibələrinin birində etiraf etdiyi kimi, bəzən lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazımdır. Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir.Bu gün biz uşaqlarımızı faktiki bilik qazanmağa, elementar tərbiyə elementlərinə yiyələnməyə deyil, hansısa test suallarına cavab tapmağa yönləndirmişik. Halbuki, təhsilə dair heç bir normativ sənəddə orta məktəbin vəzifəsi məhz ali məktəbə tələbə hazırlamaq kimi müəyyənləşdirilmiyib. Buna görə də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Bu, özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını nəzərdə tutur. Nə qədər ki, bu baş verməyəcək, təhsilalanlarda təhsil müəssisələrində mükəmməl təhsilə maraq hissi yaranmayacaq. Bu isə yeniyetmə və gənclər arasında bir sıra xoşagəlməz fəsadların baş verməsinə yol açacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər