Xəbər lentiwidget-title-icon

Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI

BMU-nun iki komandası “Robotex Azərbaycan”da birinci yeri tutub

BMU-nun iki komandası “Robotex Azərbaycan”da birinci yeri tutub

Bakı Mühəndislik Universitetinin (BMU) “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda çıxış edən hər iki komandası -“ROBOXIDE” və “A-MAZE” birinci yerin qalibi olub.

BMU-dan bildirilib ki, “Robotex Türkiye” çərçivəsində keçirilən Azərbaycan mərhələsində çıxış edən BMU tələbələrindən ibarət “ROBOXIDE” komandası “1 Kg-Lego Sumo” kateqoriyası, “A-MAZE” komandası isə “Maze solving” (“Labirint həlli”) kateqoriyası üzrə ilk yeri tutub.

“Robotex Azərbaycan Avrasiya Çempionatı”nın açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, BMU-nun rektoru Yaqub Piriyev, həmçinin bir sıra ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.

Bu çempionat robot texnologiyalarının inkişafını təşviq etmək və yeni ideyaların ortaya çıxması üçün uyğun zəmin hazırlamaq məqsədi daşıyır. Azərbaycanda ilk dəfə reallaşdırılan, 18 kateqoriya və 4 yaş qrupu (ibtidai, orta, yuxarı siniflər və tələbələr) üzrə təşkil edilən yarışmada 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib.

Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi yarımfinal mərhələsində aprelin 20-21-də Antalyada keçiriləcək “Robotex Türkiyə” Milli Çempionatında təmsil edəcəklər. On səkkiz ölkənin qatılacağı bu mərhələdə fərqlənən komandalar isə noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, BMU əməkdaşları Əli Həsənov və Elməddin Hüseynovun mentorluğu ilə yarışmada iştirak edən komandaların üzvlərindən yeddisi BMU və Koreya Respublikası arasında icra olunan ikili diplom proqramının tələbələridir.

Oxşar xəbərlər

Bütün xəbərlər