Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Xarici ölkənin doktarantı elmi işini ATU-da yerinə yetirir - FOTO

Xarici ölkənin doktarantı elmi işini ATU-da yerinə yetirir - FOTO

Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Ümumi biologiya və genomika kafedrasının doktorantı Aynaqulova Qaliya Siyundukovna akademik Bersimbayev Raxmetkaji İskendiroviçin elmi rəhbərliyi altında "Azbest tozunun məməlilərin orqanizminə molekulyar-hüceyrəvi təsirinin öyrənilməsi” adlı mövzusunun bir hissəsini yerinə yetirmək məqsədilə Azərbaycan Tibb Universitetinin (ATU) Sitologiya, embriologiya və histologiya kafedrasına ezam edilib.

ATU-dan "tehsilmedia.info"a bildirilib ki, o, indiyədək elmi işini yerinə yetirmək məqsədilə iki dəfə, ümumilikdə 25 gün (23 dekabr-04 yanvar 2023-cü il, 10-21 aprel 2023) Azərbaycan Tibb Universitetində olub və rektorun icazəsi ilə qonaq evində yerləşdirilib. Tədqiqatçının əsas məqsədi işıq və elektron mikroskopik üsulların köməyi ilə azbestin təsirindən ağciyərlərin struktur elementlərində, əsasən də alveol və bronxların epitel hüceyrələrinin sitoplazmasında olan mitoxondrilərin utrastrukturunda baş verən dəyişikliklərin öyrənilməsidir. Ona görə də tədqiqatçının ilk ezamiyyə müddətində təcrübə heyvanlarından nümunələrin götürülməsi texnikası, toxumaların fiksə edilməsi, araldit-epon bloklarının hazırlanması, yarımnazik və ultranazik kəsiklərin Leica EM UC7 mikrotomu vasitəsilə aparılması, kəsiklərin müxtəlif üsullarla boyanması və ATU-nun Elmi Tədqiqat Mərkəzinin Elektron Mikroskopiya şöbəsində olan Transmission Elektron Mikroskopu (JEM-1400) vasitəsilə elektronoqrammaların alınması və İTEM proqramının köməkliyi ilə alınan şəkillər üzərində statistik hesablamaların aparılması əməkdaşlarımız tərəfindən öyrədilib. Bundan əlavə, araldit-epon bloklarının hazırlanmasında istifadə olunan reaktivlərin protokollar əsasında uyğun tərkiblərinin seçilməsi üzrə də təlim keçilib.

Tədqiqatçının növbəti ezamı dövründə isə artıq təcrübələr qoyulduqdan sonra özünün hazırladığı bloklar üzərində işlər aparılıb. Belə ki, təcrübə heyvanlarında ağciyərdən ilk olaraq normada (6 blok), sonra isə azbestin müxtəlif dozaları (0,25 və 0,5 mq) nəticəsində hazırlanan bloklardan (hər birindən 6 blok) 1 mkm qalınlığında yarımnazik kəsiklər hazırlanıb və boyandıqdan sonra işıq mikroskopunda tədqiq edilərək şəkilləri çəkilib. Həmin bloklardan 50-70 nm qalınlığında ultranazik kəsiklər hazırlanaraq TEM vasitəsilə şəkillər əldə edilib. Əsasən böyük böyüdücülərdə (80000-100000 dəfə) mitoxondrilər və onun struktur elementləri çəkilib. Elektronoqrammalarda normada və azbestin təsirindən sonra mitoxondrilərin bir sıra əlamətləri statistik olaraq müəyyənləşdirilib.

İlkin nəticə olaraq, azbestin təsirindən ağciyərin sitoplazmatik struktur elementlərindən olan mitoxondrilərin daxili və xarici membranlarında şişkinlik, kristalararası məsafənin genişlənməsi və daxilində membranlı strukturların quruluşunun pozularaq mielinəbənzər cisimciklərin əmələ gəlməsi və s. patoloji dəyişikliklər aşkar edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər