Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Mərkəzi Elmi Kitabxana BSU-ya nəşrlər hədiyyə edib

Mərkəzi Elmi Kitabxana BSU-ya nəşrlər hədiyyə edib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Bakı Slavyan Universitetinin (BSU) kitabxanasına nəşrlər hədiyyə edib.

Kitabxanadan bildirilib ki, bununla bağlı keçirilən yığıncaqda BSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru dosent Nailə Xəndan bu tarixi günün əhəmiyyətindən danışıb, həmçinin Azərbaycan ədəbi dilinin qorunmasına dövlət qayğısını vurğulayıb. Prorektor ana dilimizin hərtərəfli inkişafının Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönəlmiş düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət dil siyasətini uğurla davam etdirdiyini diqqətə çatdırıb.

MEK-in direktoru professor Məmməd Əliyev ana dilini qorumağın vacibliyindən söz açıb, ölkəmizdə bu istiqamətdə atılan addımlardan danışıb. Direktor diqqətə çatdırıb ki, ana dili hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Dilin formalaşması üçün vacib elementlərdən olan kitablardan da bəhs edən Məmməd Əliyev MEK tərəfindən dəyərli nəşrləri universitetin kitabxanasına təqdim edib.

Tədbirdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Şəhla Əhmədovanın “Beynəlxalq Ana Dili Günü – dilimizin təəssübkeşlərinin günüdür”, həmin kafedranın baş müəllimi Gülqız Adilovanın “Dilin və sözün həyatımızda rolu”, BSU-nun Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ruhəngiz Qəribovanın “Ana dilimizin inkişaf yolu” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ana dilimizin əhəmiyyətindən, onun inkişaf mərhələlərindən, dilimizin təmizliyi, təbliği və qorunmasından geniş bəhs olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər