Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

MÜƏLLİMLƏRƏ HAQSIZLIQ!

MÜƏLLİMLƏRƏ HAQSIZLIQ!

"Ay Təhsil Nazirliyi, ay ARTİ, ay TKTA yoxlamayın, göstərin, örnək olun. Biz sizə baxaq səhvlərimizi düzəldək. Yoxlamayın, qiymətləndirməyin. O ki, deyirsiz, şagirdlərdə nəzəri bilikləri formalaşdırmağın nə əhəmiyyəti var, praktika əsasdır. Biz də insanıq. Bizə də siz praktika göstərin. Dediyinizə əməl edin. Sonra bizdən tələb edin."

Müəllimlərdən davamlı keyfiyyətin artırılması və səmərəli dərslərin keçirilməsi tələb olunur. Amma heç kim çıxıb demir ki, müəllimlərə məcburən "Sinifdəki şagirdlərin çoxluğunun əhəmiyyəti yoxdur, peşəkar bir müəllim əsl keyfiyyətli şəkildə dərsini qurmağı bacarır" cümləsini əzbərlətdirməklə nəsə əldə edə bilməzsiniz. Bu gözdən pərdə salmaqla, zorla insanlara yalan dedirtməklə, problemlərə göz yummaqla həll olan məsələ deyil. Bu ciddi bir problemdir.

Müəllimdən şagirdyönümlü, differensial dərs keçirilməsi tələb olunur, 45 dəqiqəyə təlim nəticəsini formalaşdırmağı, qiymətləndirməyi, sənədlərin hazır olmasını, bütün şagirdlərin potensial imkanlarının artırılması, şagirdlərə uyğun tapşırıqlar verilməsi və s. tələb olunur.

Bu qədər çətindir qəbul etmək: Müəllimlər azdır, şagirdlər çox. Bu proqram məsələsi deyil. Bu şagird çoxluğu məsələsidir. Bu müəllim səriştəsizliyi deyil. Müəllimlərə, təhsilə, müəllim adına edilən haqsızlığın nəticəsidir.

Dövlət məktəblərində seçmə şagirdlər olmur. Fərqli ailələrdən, fərqli tərbiyədən, fərqli mühitdən çıxan şagirdlər eyni sinifdə təhsil alır. Burda həm xüsusi qayğıya ehtiyacı olan, həm fiziki, həm əqli problemi olan, maddi vəziyyəti, qavraması, düşüncə tərzi, öyrənmə tərzi, təlim nailiyyəti fərqli olan insanlar var.

Məktəb təlim-tərbiyə ocağıdır. Məktəb cəmiyyət üçün yararlı şəxsiyyətlər yetişdirmək üçün var. Bəs biz bunları etdikdə nə olur? Biz elə əlimizdə əsas olaraq tutmuşuq ki, fərdi olmasın, daha çox qrupla ya da bütün siniflə olsun. Bu elə bil indiki təhsil sisteminin eyiblərini örtmək üçün bəhanədir.

Gətirək Nazirliyin, ARTİ-nin, TKTA-nın "möhtəşəm" müəllimlərin fərdi şəkildə yanaşma necə olur, differensiallıq necə təmin edilir, fərqli üsul və fərqli iş formalarından necə istifadə edirlər. Göstərsinlər.

Ay Təhsil Nazirliyi, ay ARTİ, ay TKTA yoxlamayın, göstərin, örnək olun. Biz sizə baxaq səhvlərimizi düzəldək. Yoxlamayın, qiymətləndirməyin. O ki, deyirsiz, şagirdlərdə nəzəri bilikləri formalaşdırmağın nə əhəmiyyəti var, praktika əsasdır. Biz də insanıq. Bizə də siz praktika göstərin. Dediyinizə əməl edin. Sonra bizdən tələb edin. Gəlin 1 ay daha 1 gün yox. Dediklərinizə özünüz əməl edin. Sonra bizdən tələb edin.

Oxşar xəbərlər

Bütün xəbərlər