Güneyli müəllim yenidən zindana qaytarılıb

Həbsdə olan güneyli müəllim və Tehran Müəllimlər Birliyinin üzvü Cəfər İbrahimi məzuniyyətdən sonra yenidən Kərəcin Qızılhisar zindana qaytarılıb.
tehsilmedia.info xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat paylaşıb.
Məlumata görə, o, oktyabrın 31-də məhkəmə-tibb ekspertizasının diaqnozu ilə tibbi müayinə və müalicə üçün məzuniyyətə buraxılmışdı.
Qeyd edək ki, Cəfər İbrahimi 2022-ci il aprelin 30-da tutulub. O, "rejimə qarşı əlbir olmaq və toplaşmaq", habelə "hakimiyyət əleyhinə təbliğat aparmaq" ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.



























