Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Azərbaycanlı həkimin uğuru: Süd vəzi xərçənginin erkən aşkarlaması və xərcsiz müalicə

Almaniyada fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin uğurlarına daha bir əlamətdar nailiyyət əlavə olunub.

Yenicag.az xəbər verir ki, Azərbaycan əsilli həkim Orxan Səfərov MHBA Almaniyanın dövlət səviyyəli Mamoqrafiya Skrininqi Proqramında “Programmverantwortlicher Arzt” (PVA – proqram üzrə məsul həkim)

Bu vəzifə süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində həyata keçirilən milli profilaktik proqramın tibbi və təşkilati rəhbərliyini əhatə edir və yüksək peşəkarlıq, geniş təcrübə və ciddi keyfiyyət standartlarına uyğun fəaliyyəti tələb edir.

“Mammography Screening” proqramı niyə vacibdir?

• Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür;
• Erkən aşkarlama sağalma ehtimalını artırır və müalicəni asanlaşdırır;
• Şişlər simptomlar ortaya çıxmadan əvvəl müəyyən edilir;
• Daha yüngül və orqanqoruyucu müalicə imkanı yaradır;

“Mamography Screening”in dövlət və şəhər üçün faydalarına gəlincə:

• İctimai sağlamlıq üçün xərçəngdən ölüm hallarının azalması;
• İqtisadi baxımdan tibbi xərclərin və sığortanın üzərinə düşən yükün azalmasına səbəb olur;
• Səhiyyə sisteminə inamın artması;
• Qadınların sağlamlığının qorunması və profilaktik mədəniyyətin təşviqi;

Qeyd edək ki, həmyerlimiz Dr. med. Orxan Səfərov 2011-ci ildən etibarən Almaniyada yaşayır və tibbi fəaliyyət göstərir. O, ilkin olaraq Travmatologiya və Ortopediya sahəsində çalışıb. Daha sonra isə radiologiya üzrə ixtisaslaşıb. Dr. med. Orxan Səfərov bir çox uğua imza atıb. Beləliklə:

•2021-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsini (Dr. med.) alıb;
• 2025-ci ildə “Master of Health Business Administration” (MHBA) təhsilini uğurla başa vurub;
• 01.01.2025– 31.12.2025 tarixləri arasında “MVZ Radiologie Troisdorf” tibb mərkəzində “Ärztlicher Leiter” (tibbi rəhbər) vəzifəsində çalışıb.

Son dörd il ərzində – 2021-ci ildən etibarən Dr. Sefərov senologiya – süd vəzinin diaqnostikası və süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində ixtisaslaşıb. Bu müddət ərzində o, Almaniyada həyata keçirilən Mamoqrafiya Skrininqi Proqramında mütəmadi olaraq mamoqrafiya görüntülərinin tibbi qiymətləndirilməsi ilə məşğul olub. Yeni vəzifəsinə gəlincə, 01.01.2026 tarixindən etibarən “Bonn – Euskirchen – Rhein-Sieg” bölgəsi üzrə “Programmverantwortlicher Arzt” (PVA – proqram üzrə məsul həkim) vəzifəsini icra etməyə başlayıb.

Mamoqrafiya Skrininqi Proqramı nədir?

Mamoqrafiya Skrininqi Proqramı Almaniyada süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması məqsədilə həyata keçirilən milli profilaktik proqramdır. Proqram çərçivəsində 50–75 yaş arası qadınlar hər iki ildən bir skrininq mamoqrafiyasından pulsuz istifadə etmək hüququna malikdirlər. Proqramın əsas məqsədi süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə başlanılması və bununla da xəstəlikdən ölüm hallarının azaldılmasıdır.

“Programmverantwortlicher Arzt” (PVA – proqram üzrə məsul həkim) vəzifəsinin əsas funksiyalarına gəlincə, proqramı tibbi və təşkilati icrasına cavabdeh olan əsas həkimdir. Onun əsas vəzifələrinə aşağıdakılar daxildir:

• skrininq prosesinin tibbi rəhbərliyi və koordinasiyası;
• mamoqrafiya müayinələrinin təşkilinə və keyfiyyətinə nəzarət;
• görüntülərin iki müstəqil həkim tərəfindən qiymətləndirilməsinin təmin edilməsi;
• qeyri-müəyyən hallarda əlavə qiymətləndirmə və tibbi qərarların verilməsi;
• zərurət olduqda qadınların dəqiqləşdirici diaqnostikaya dəvət edilməsi;
• konsensus iclaslarının və multidissiplinar tibbi müzakirələrin təşkili;
• keyfiyyətə nəzarət tədbirlərinin və tibbi standartların qorunmasının təmin edilməsi.

Qeyd edək ki, həmyerlimiz bu cür proqramın gələcəkdə Azərbaycanda da səmərəli istifadəsi üçün tətbiq olunacağını, müayinə və müalicə zamanı xərclərin azalmasına zəmin yaradacağını vurğulayır.

Oxşar xəbərlər

Bütün xəbərlər