İbtidai sinif müəllimi vəfat edib

Bakı şəhəri Sabunçu rayonunda yerləşən 22 nömrəli məktəbin müəllimi Baxşıyeva Səlimə Kento qızı vəfat edib.
"tehsilmedia.info"ın tehsil.biz-ə istinadən məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, S.Baxşıyeva məktəbin ibtidai sinif müəllimi olub. Onun iki övladı çalışdığı məktəbin şagirdləridir.



























